Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?

06.10.2026 16:47 141
Korrupsiya barədə məlumat səhv olsa, şikayətçini nə gözləyir?
Korrupsiya barədə məlumat verən şəxs yalan danışmayıbsa, sonradan informasiya səhv çıxsa, onun hüquqlarının qorunma forması müəyyənləşir.

Sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilmir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda fiziki şəxslərin, mülkiyyət növündən asılı olmayaraq hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olduqda həmin informasiyanın verilməsi onların qanunazidd açıqlanması hesab edilmir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda aşağıdakılar göstərilməlidir:

- məlumat verən şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, iş yerinin (xidmət göstərdiyi yerin) adı və ünvanı;

- korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətləri və faktiki halları;

- korrupsiya ilə əlaqədar hüquqpozmanı təşkil edən, törədən və ya törədilməsində iştirak edən şəxslər haqqında bu - korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı əvvəllər məlumat verilib-verilməməsi (əgər məlumat verilmişdirsə, kimə verilməsi və nəticəsinə dair məlumatlar).

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş qaydada baxılır.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın verilməsi ilə cinayət işi başlandıqda informasiya verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.

Məlumat verən şəxs, sonradan məlumatın doğru olmadığı müəyyən edilsə belə, həmin məlumatı əhəmiyyətli yanılmanın təsiri altında verdikdə də bu qanunla müəyyən edilmiş müdafiə tədbirlərindən istifadə edir.

Əhəmiyyətli yanılmanın təsiri altında məlumat verilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur:

- məlumat verən şəxs onun doğru və ya dəqiq olmadığını bilməmiş və ya bilməsi üçün obyektiv imkanı olmamışdır;

- məlumat verən şəxsin yalan və ya böhtan xarakterli informasiyanı qəsdən verməsi təsdiq edilməmişdir;

- korrupsiya ilə əlaqədar hüquqpozmanın əlamətlərini və faktiki hallarını tam və düzgün dərk etməmişdir.

Təşkilatın rəhbəri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların təşkilatdaxili qaydada verilməsi mexanizmini, təşkilat daxilində korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektləri müəyyən edir, işçilərin bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına müraciət etmə və müraciətə baxılma qaydaları və məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil edir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner