Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama

06.10.2026 16:37 624
Avtomobiliniz 10 ildən köhnədirsə... – Ekspertdən maraqlı açıqlama
Avtomobil bazarında qiymətlərin dəyişməsinə təsir edən əsas məsələlərdən biri də bazara daxil olan nəqliyyat vasitələrinin sayıdır.
İdxal qaydalarında tətbiq olunan yaş məhdudiyyətləri isə xüsusilə daha köhnə avtomobillərin ölkəyə gətirilməsini çətinləşdirərək bazardakı təklifə təsir göstərə bilər. Nəticədə alıcıların seçim imkanları ilə yanaşı, ikinci əl avtomobillərin qiymətlərində də müəyyən dəyişikliklərin yaranması mümkündür. Bu baxımdan, 10 ildən artıq yaşı olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətin bazara təsiri məsələsi diqqət çəkir.

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Median.Az-a deyib ki, infrastrukturun əsas bölmələrindən biri də avtomobillərin yaşının cavanlaşdırılmasıdır:

“Bunun əsas səbəbi nəqliyyat infrastrukturunun inkişafında avtomobil nəqliyyatının xüsusi əhəmiyyət daşımasıdır. Azərbaycan nəqliyyat sistemində avtomobil nəqliyyatı əsas struktur bölmələrindən biridir. Bu sahənin əsas xüsusiyyətlərindən biri şəhər infrastrukturunun düzgün qurulması və nəqliyyat axınlarının səmərəli idarə olunmasıdır. Bunun üçün müxtəlif təkliflər irəli sürmək və müəyyən addımlar atmaq mümkündür. Bir nüansı qeyd etmək istəyirəm ki, Azərbaycanda avtomobillərin orta yaşı dünya praktikası ilə müqayisədə daha yüksəkdir. Bu da təbii ki, nəqliyyat axınlarına mənfi təsir göstərir. Bu, birmənalı şəkildə belədir. Amma bunun hansı dərəcədə əsas amil olduğunu nəqliyyat axınlarının xüsusiyyətlərinə baxdıqda müəyyən etmək mümkündür”.

O qeyd edib ki, nəqliyyat infrastrukturunun müxtəlif bölmələrinə nəzər saldıqda bu amillərin həm parametrlərini, həm də yaratdığı fəsadları görə bilərik:

“Digər tərəfdən, nəqliyyat axınlarının idarə olunmasında əsas məsələlərdən biri də nəqliyyat infrastrukturu bölmələri və aidiyyəti strukturlar arasında lazımi koordinasiyanın olmamasıdır. Məsələn, avtomobili ölkəyə gətirərkən onun hansı məqsədlə istifadə olunacağı nəzərə alınmalıdır. Bu avtomobil taksi fəaliyyəti, sərnişin və ya yükdaşıma, yaxud digər məqsədlər üçün istifadə edilə bilər. Hər bir istiqamət üzrə konkret yanaşma və tələblər müəyyənləşdirilməlidir. Yəni avtomobilin gətirilməsinin müəyyən məqsədi, həmin məqsədə uyğun standartı və istifadəsi üçün müvafiq mexanizmi olmalıdır. Bu əsas zərurətdir. Zərurətdən irəli gələn keyfiyyət təmin edilməlidir. Bütün bu məsələlər bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və vahid nəqliyyat siyasəti çərçivəsində tənzimlənməlidir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner