Mojo.az Banner
23:01 Məşhur aktyor dünyasını dəyişdi  |     22:48 Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var  |     22:43 Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - Video  |     22:35 Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi  |     22:29 Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA  |     22:22 Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”  |     22:17 Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi  |     22:10 “Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb  |     22:04 Mundialın uğursuzunda dopinq şoku: Cəza veriləcək?  |     21:56 Müdafiə Nazirliyi məlumat yaydı  |     21:51 Ərdoğan Meloni ilə müzakirə apardı  |     21:44 Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB  |     21:39 Xarkovda faciəli şəkildə ölən Fatimənin yaxınlarından ürəkdağlayan sözlər (VİDEO)  |     21:31 Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ  |     21:26 Bu ərazidə qaz olmayacaq  |     21:01 Azərbaycanda dövlət portalı vasitəsilə 42 milyon manatlıq cinayət: 11 nəfər məhkəmə qarşısında  |     21:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb  |     20:49 İnterpol xətti ilə axtarışa verilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunur  |     20:36 "Dedi Qodu" kafesinin sahibinin burnunu sındırdı - Məhkəmə zalında həbs edildi  |     20:31 Zorakılığa məruz qalanların sayı açıqlandı  |    
Left Banner
Right Banner

Azərbaycanda şagirdinə sataşan 60 yaşlı müəllimi belə cəzalandırdılar – VİDEO (YENİLƏNİB, RƏSMİ AÇIQLAMA)

22.05.2019 13:13 5 113
Azərbaycanda şagirdinə sataşan 60 yaşlı müəllimi belə cəzalandırdılar – VİDEO (YENİLƏNİB, RƏSMİ AÇIQLAMA)
Daxili İşlər Nazirliyi Cəlilabadda müəllimin döyülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Median.Az
xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya açıqlamasında bildirib ki, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizov mayın 17-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mayın 16-da saat 22 radələrində bir qrup həmkəndlisi tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında polis tərəfindən müvafiq izahatlar alınıb.

Hadisə yerinə baxış keçirilib, məhkəmə tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilib və digər təxirəsalınmaz hərəkətlər icra olunub. Ekspertizanın rəyində A.Əzizovun döyülmə nəticəsində sağlamlığına yüngül zərər vurulduğu müəyyən edilib.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə də münasibət bildirən O. Mansurzadə qeyd edib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Bu zaman həmin fakt təsdiqini tapmayıb. Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonunda müəllimin qız şagirdə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.

* * * * *

Cəlilabad rayonunda yaşlı kişinin döyülməsilə bağlı video yayılıb.


Median.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi yaşlı kişi bir neçə şəxs tərəfindən vəhşicəsinə döyülür. Yaşlı kişinin əlləri bağlanıb. Onu döyən şəxslər kişini təhqir edirlər.

Bildirilir ki, döyülən kişi Cəlilabad rayonunda məktəblərin birində müəllim işləyir. Deyilir ki, guya həmin müəllim şagirdlərdən birinə əxlaqsız təklif edib. Əxlaqsız təkliflər edilən qızın dayısı da həmin müəllimi döyür.

Məsələ ilə bağlı Cəlilabad Təhsil İdarəsilə əlaqə saxladıq. İdarədən Baku.ws-ə bildirdilər ki, həmin məsələ ilə bağlı sosial şəbəkələrdən və mətbuatdan xəbər tutublar.

“Hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra dəqiq məlumat vermək olar”, - deyə qurumdan bildirilib.

Hüquq mühafizə orqanlarından isə Baku.ws-ə bildirdilər ki, məsələ ilə bağlı şikayət və məlumat daxil olarsa araşdırma aparılacaq:

"Video yayılanda və şikayət daxil olanda müvafiq orqanlarda araşdırma aparılır. Ola bilər video köhnədir və s".


скачать dle 11.3
Mojo.az Banner