Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: "Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın"

02.10.2026 17:55 429
İlham Əliyev:
"Ölkə daxilində hər hansı risklər mövcud deyil - nə fiziki risklər, nə ideoloji risklər, nə hansısa başqa. Bütün risklər hüdudlarımızın kənarında formalaşır".

Bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

"Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək", - dövlətimizin başçısı qeyd edib.

Son xəbərlər