Mojo.az Banner
20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |     18:36 Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi  |     18:23 Hazırda bu yollarda sıxlıq var - SİYAHI  |     18:10 Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU  |     18:03 Azərbaycanda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı  |     18:03 Xaçmazda qəza: Maşın məktəbli qardaşları vurdu  |     18:02 Azərbaycan və Birləşmiş Krallığın hökumətləri arasında mühüm sənədlər imzalandı  |    
Mojo.az Avto
Mojo.az Avto

16 yaşlı qıza sataşan şəxs həbs olundu

02.10.2026 16:11 267
16 yaşlı qıza sataşan şəxs həbs olundu
Sabirabadda yeniyetmə qıza sataşan şəxs həbs olunub.

Median.Az
Lent.az-a istinadla xəbər verir ki, insident şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

28 yaşlı Rüstəm Kərəmov (şərti adla) dayanacaqda 16 yaşlı qızdan əvvəlcə saatı soruşub, sonra isə əyləşdiyi yerini ona verib. İkinci gün də eyni hərəkəti edib, lakin bu dəfə qız onun yerində oturmayıb və davranışına etiraz edib.

Zərərçəkənin anasının sözlərinə görə, qızı oturmayanda Rüstəm ona "cəhənnəmə otur" deyib. Bundan sonra qız ağlaya-ağlaya evə gəlib. Anası da öz avtomobili ilə həmin dayanacağa gəlib və qızı Rüstəmi əli ilə göstərərək, həmin şəxsin onu narahat etdiyini bildirib. Qızın anası Rüstəmdən etdiyi hərəkətlərin səbəbini soruşanda o, sərxoş halda nalayiq ifadələr işlədib və heç nə etmədiyini deyib.

Bundan sonra qadın polisə müraciət edib. Şikayət əsasında R.Kərəmov saxlanılıb və barəsində xırda xuliqanlıq maddəsilə protokol tərtib olunub.

R. Kərəmov isə sadəcə olaraq, qıza dayanacaqda yer verdiyini bildirib. Onun sözlərinə görə, bu hərəkəti pis anlaşıldığı üçün qızın valideyni ilə mübahisə edib və polisə şikayət olunub.

Məhkəmə araşdırması zamanı Rüstəmin ictimai qaydanı pozduğu fakt təsdiqini tapıb.

Onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib.скачать dle 11.3
Mojo.az Banner