Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

02.10.2026 14:43 429
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Azərbaycan - Litva oyununun hakimləri müəyyənləşib.

D Liqasının II qrupunun qarşılaşmasını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Qustavo Korreyaya həmyerliləri Andre Filipe Noqeyra Dias və Andreya Souza kömək edəcəklər. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.

VAR hakimi Bruno Esteves, AVAR hakimi isə Ana Klaudiya Silva Ribeyro olacaqlar.

Qeyd edək ki, Azərbaycan - Litva oyunu oktyabrın 4-də saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Son xəbərlər