Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev: "Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur"

02.10.2026 17:56 270
İlham Əliyev:
"Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün təqribən 9 milyarda manata yaxın vəsait nəzərdə tutulub".

Bunu bu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçımız qeyd edib ki, ölkənin ətrafında məkanlar alovlanıb, qaynayır. Müharibələr bitmir, əksinə, həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə yeni müharibə, münaqişə ocaqları yaranır:

"Yəni perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq".

Prezident bildirib ki, buna səbəb beynəlxalq hüququn tamamilə sıradan çıxmasıdır. O qeyd edib ki, buna əhəmiyyət verənlərin sayı kəskin azalır.

"Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var - ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq", - İlham Əliyev deyib.скачать dle 11.3
Mojo.az Banner