Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama

02.10.2026 16:03 153
Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama
Tanınmış rəqqas və rəqs müəllimi Nicat Azadlının həyat yoldaşına qarşı zorakılıq etməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı bildirib ki, hadisə cari il yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.

Polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparıb. Toplanmış materiallar əsasında cinayət işi başlanıb. Araşdırma zamanı N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən edilib. O, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. İstintaq tamamlandıqdan sonra cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib.

Bəs sosial şəbəkələrdə yayılan görüntülər məhkəmədə sübut kimi qəbul edilə bilərmi? Nicat Azadlını hansı cəza gözləyir?

Hüquqşünas Ramil Süleymanov azxeber.com-a bildirib ki, bu video məhkəmədə sübut kimi istifadə oluna bilər:

"Bu video məhkəmədə sübut kimi istifadə oluna bilər. Bunun üçün şəxsin şikayəti araşdırılmalı, hadisənin nə vaxt baş verdiyi müəyyənləşdirilməlidir. Hadisədən nə qədər vaxt keçdiyi və prosessual tələblər də nəzərə alınmalıdır. İşin bütün detalları dəqiq və ciddi şəkildə araşdırılmalıdır”.

Hüquqşünas deyib ki, qanun heç bir halda zorakılığa haqq qazandırmır:

"Qanun heç bir halda zorakılığa haqq qazandırmır. Qadının onu zorakılığa təhrik etdiyi iddia olunsa belə, şiddət yolverilməzdir. Videoda məişət zorakılığının baş verdiyi açıq görünür. Tərəflərin münasibətləri pozulduğu zaman bu barədə müraciət edilsəydi, mühafizə orderi almaq mümkün olardı”.

Vəkil Fuad Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, videonun yalnız sosial şəbəkədə yayılması onun avtomatik olaraq mötəbər sübut hesab edilməsi üçün kifayət deyildir:

"Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlara dair müddəalarına əsasən, hadisəni əks etdirən video və audio yazılar cinayət işi üzrə əhəmiyyətli məlumat mənbəyi ola bilər. Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsi ilə bağlı müddəaları baxımından videonun yalnız sosial şəbəkədə yayılması onun avtomatik olaraq mötəbər sübut hesab edilməsi üçün kifayət deyildir. Burada video yazının orijinal olub-olmaması, montaj edilib-edilməməsi, nə vaxt və hansı şəraitdə çəkilməsi araşdırılacaqdır. Digər tərəfdən məhkəmə görüntüləri digər sübutlarla birlikdə qiymətləndirəcəkdir”.

O qeyd edib ki, burada əsas məsələ ona qarşı irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə tövsif edilməsidir:

"Burada əsas məsələ ona qarşı irəli sürülmüş ittihamın Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə tövsif edilməsidir.
Məhkəmə iş üzrə sübutları araşdırmaqla yanaşı, cinayətin xarakterini, vurulmuş zərərin dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və qanunla nəzərdə tutulan digər halları nəzərə alacaqdır.
Xüsusilə aşağıdakı məsələlər əhəmiyyət daşıyacaqdır:
* Zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin ağırlıq dərəcəsi;
* Zorakılığın birdəfəlik, yoxsa mütəmadi xarakter daşıması;
* Əməlin hansı şəraitdə törədilməsi;
* Təqsirləndirilən şəxsin məhkumluğunun olub-olmaması;
* Qanunla nəzərdə tutulan yüngülləşdirici və ağırlaşdırıcı hallar”.

"Nicat Azadlı ilə bağlı işdə sosial şəbəkədə yayılan görüntülər məhkəmə üçün əhəmiyyətli sübut ola bilər. Bununla belə, görüntülərin həqiqiliyi, əldə edilmə şəraiti və digər sübutlarla uyğunluğu araşdırılacaqdır.
Cəzanın konkret növünü və müddətini müəyyən etmək üçün isə ittiham aktında göstərilən Cinayət Məcəlləsinin maddəsi və xəsarətin hüquqi-tibbi qiymətləndirilməsi bilinməlidir”,-deyə o bildirib.скачать dle 11.3
Mojo.az Banner