Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA

02.10.2026 14:56 690
“Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA
Ağstafada Əmirxan Hüseynov adına 1 nömrəli məktəbdə müəllimlər arasında insident baş verib. Dərs bölgüsü üstündə müəllimin biri digərinə xəsarətlər yetirərək xəstəxanalıq edib. TƏBİB-dən bildirilib ki, pasiyentə sağ əlin əziyi və sıyrılmış yarası diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Median.Az-a açıqlamasında deyib ki, müəllim hər şeydən öncə ziyalıdır:

“Müəllim davranışında və atdığı addımlarda çox diqqətli olmalıdır. Müəllimin bu cür addım atması, belə bir davranış nümayiş etdirməsi həqiqətən çox üzücüdür. Müəllimlərimizin bu cür addımlarla bağlı məlumatlarının yayılması yaxşı hal deyil. Ona görə də bu məsələdə hər kəsin çox diqqətli olmasına ehtiyac var. Müəllimlik müqəddəs peşədir. Müəllim öz şagirdləri və tələbələri üçün nümunədir. Müəllimin belə bir addım atması, səbəbi nə olursa-olsun, düzgün deyil. Mən belə xəbərləri eşidəndə yalnız üzülür və təəssüf edirəm ki, bu cür halların şahidi oluruq. Ona görə də bu kimi məsələlərdə diqqətli olmağa, atılan addımların ciddi şəkildə ölçülüb-biçilməsinə ehtiyac var”.

O qeyd edib ki, bu gün müəllimlərin ciddi şəkildə motivasiyaya ehtiyacı var:

“Onların əhval-ruhiyyəsinin yüksəldilməsi, məktəblərdə sağlam mənəvi mühitin yaradılması vacibdir. Təəssüf ki, bu gün Azərbaycan müəllimi kifayət qədər gərgindir və zaman-zaman bu gərginlik özünü müxtəlif məsələlərdə də göstərir. Amma heç bir halda müəllimlərimiz davranışlarında yanlışa yol verməməli, atdıqları addımlarda çox diqqətli olmalıdırlar. Qeyd etdiyim kimi, müəllim hər şeydən öncə nümunədir. Müəllim özünün nümunə olduğunu, nümunəvi şəxsiyyət olduğunu davranışları ilə göstərməli və bu məsələdə çox diqqətli olmalıdır”.

Ayselскачать dle 11.3
Mojo.az Banner