Mojo.az Banner
16:03 Keçmiş həyat yoldaşına zorakılıq edən rəqqası hansı cəza gözləyir? - Vəkildən açıqlama  |     15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq

02.10.2026 15:17 273
Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq
Azərbaycanda pomidor ixracının həcmi artmaqda davam edir. Bu ilin ilk 8 ayında ölkədən xarici bazarlara pomidor tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə yüksəlib. Yanvar-avqust aylarında ixrac olunan pomidorun ümumi dəyəri 172,2 milyon dollar təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon dollar və ya 9,5 faiz çoxdur. Artım Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlarda mövqeyinin genişləndiyini göstərən göstəricilərdən biri kimi qiymətləndirilə bilər.

Pomidor ixracındakı yüksəliş istehsalın həcmi, xarici bazarlarda tələbat və yerli məhsulun rəqabət qabiliyyəti ilə bağlı məsələləri də gündəmə gətirir. Digər tərəfdən, məhsulun daha böyük həcmdə xaricə çıxarılması daxili bazarda təklifə və qiymət dinamikasına mümkün təsirləri ilə də maraq doğurur. Bu baxımdan ixracın artmasının həm fermerlərin gəlirlərinə, həm də ölkə daxilində pomidorun qiymətinə necə təsir etdiyi aktuallıq kəsb edir.

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, pomidor ixracının artması fermerlərin gəlirlərinə müsbət təsir göstərə bilər:

“Xarici bazarlarda tələbat yüksəldikcə istehsalçı məhsulunu daha geniş bazara çıxarmaq və daha yaxşı qiymət əldə etmək imkanı qazanır. Xüsusilə ixrac qiymətləri daxili bazardakı qiymətlərdən yüksək olduqda fermer üçün pomidor istehsalının rentabelliyi artır və bu, gələcəkdə istehsalın genişlənməsinə stimul yarada bilər. Lakin ixracın artması daxili bazarda müəyyən qiymət təzyiqi də yarada bilər. Əgər istehsal eyni səviyyədə qalır, amma məhsulun daha böyük hissəsi xaricə göndərilirsə, daxili bazarda təklif azalır və bu, qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Buna görə ixracın artması ilə yanaşı pomidor istehsalının da artırılması vacibdir. Əks halda fermer ixracdan daha çox gəlir əldə etsə də, daxili bazarda istehlakçı üçün qiymətlər arta bilər. Azərbaycanın pomidor ixracını daha da artırması üçün ilk növbədə məhsulun keyfiyyəti və standartlara uyğunluğu gücləndirilməlidir”.

O qeyd edib ki, xarici bazarlarda sabit keyfiyyət, qida təhlükəsizliyi, qablaşdırma və məhsulun izlənə bilməsi getdikcə daha böyük əhəmiyyət daşıyır:

“Eyni zamanda müasir istixana texnologiyalarından istifadə, məhsuldarlığın artırılması, enerji və su xərclərinin azaldılması fermerin rəqabət qabiliyyətini yüksəldə bilər. Digər mühüm məsələ logistika və satış bazarlarının şaxələndirilməsidir. Pomidor tez xarab olan məhsul olduğuna görə daşınma müddətinin və itkilərin azaldılması böyük əhəmiyyət daşıyır. Soyuducu anbarların, çeşidləmə və qablaşdırma mərkəzlərinin genişləndirilməsi ixrac imkanlarını artırar. Azərbaycan yalnız bir neçə bazardan asılı qalmamalı, yeni ölkələrdə alıcı şəbəkəsi formalaşdırmalıdır. Bundan başqa, fermerlərin iri ixracatçılarla birbaşa əlaqələrinin gücləndirilməsi, kooperasiyaların inkişafı və uzunmüddətli müqavilələrin yayılması vacibdir. Bu, həm məhsulun əvvəlcədən satışını təmin edə, həm də fermerin qiymət riskini azalda bilər. Beləliklə, əsas məqsəd sadəcə daha çox pomidor ixrac etmək deyil, ixrac həcmini artırmaqla yanaşı fermerin gəlirini yüksəltmək və daxili bazarda qiymət sabitliyini qorumaq olmalıdır”.

Ayselскачать dle 11.3
Mojo.az Banner