Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda oğul anasını amansızlıqla döydü

02.10.2026 14:23 465
Sabirabadda oğul anasını amansızlıqla döydü
Sabirabad rayonunda kişi anasını döyüb.

Hadisə rayonun Qaragüney kəndində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ələddin Ağayev (adı və soyadı şərtidir) evində, onunla birlikdə yaşayan anası ilə mübahisə edib. Mübahisə nəticəsində Ələddin yumruqla anasının baş nahiyəsindən vurub yerə yıxıb. Daha sonra o, anasına yumruq və təpik zərbələri endirərək xəsarətlər yetirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Ələddin saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində ana övladını bağışlayıb və cinayət işinə xitam verilməsini istəyib. Məhkəmə ananın xahişinin nəzərə alaraq cinayət işinə xitam verib və oğul sərbəst buraxılıb.
//oxu.az

Son xəbərlər