Bakıda qarajdan meyit tapıldı
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində yerləşən qarajda qeydə alınıb. Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Mehdi Yaqub oğlu Hüseynovun meyiti qarajda aşkarlanıb. Onun qarajda infarkt keçirərək dünyasını dəyişdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.