Mojo.az Banner
13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |     13:08 Jurnalistlər üçün süni intellektlə bağlı yeni qaydalar hazırlanır  |     13:07 Milli Məclis İlham Əliyevi və Mehriban Əliyevanı təbrik edib  |     13:06 Məşhur iş adamının 13 milyonluq şantaj işi: Məhkəmədə nələr oldu?  |     13:05 Mirzoyan: "TRIPP yolu üzərində ABŞ-nin hərbi mövcudluğu ehtimalı İranı narahat edir"  |     13:04 Azərbaycan nefti ucuzlaşdı  |     12:23 Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var  |     12:19 Rəsmi Bakı Pakistana başsağlığı verib  |     12:16 Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər  |     12:13 Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi  |     12:09 Səhər saatlarında Rusiyada güclü zəlzələ oldu  |     12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq

02.10.2026 15:25 666
Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq
Avropada Qərbi Nil virusuna yoluxma və ölüm hallarının artması xəstəliyin Azərbaycana yayılma ehtimalı ilə bağlı narahatlıqları da gündəmə gətirir. Xüsusilə virusun əsasən ağcaqanadlar vasitəsilə yayılması və ölkəmizdə də müxtəlif ağcaqanad növlərinin mövcudluğu bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyətini artırır.

Qərbi Nil virusunun Avropada yayılmasının fonunda onun Azərbaycana gəlmə və ölkə daxilində yayılma ehtimalı nə qədərdir? Azərbaycanda bu virusun yayılması üçün uyğun epidemioloji şərait varmı və xəstəliyin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov Median.Az-a açıqlama verib. O deyib ki, əgər hər hansı virusun yayılması, o cümlədən Qərbi Nil virusu ağcaqanadlar vasitəsilə ölüm hallarına səbəb ola bilirsə, onun Azərbaycana da gəlib çıxması mümkündür:

“Nə qədər sərhəd bağlayın, ağcaqanad üçün sərhəd yoxdur. O, bir ərazidən digərinə keçə və insanlara virus yoluxdura bilər. Bunun qarşısını almaq üçün ilk növbədə ağcaqanadlarla mübarizə aparmaq lazımdır. Bütün ərazilərdə durğun su, nəmişlik, zirzəmilər və digər bu kimi yerlər vaxtında dərmanlanmalı, ağcaqanadların çoxalması üçün əlverişli şərait aradan qaldırılmalıdır. Ağcaqanadların sürfələrinin məhv edilməsi təmin olunarsa, onların sayını azaltmaq və nəticə etibarilə insanların yoluxma ehtimalını aşağı salmaq mümkündür. Hansı ölkələrdə ağcaqanadlarla mübarizə zəif aparılırsa, orada belə xəstəliklərin yayılması riski daha yüksək ola bilər. Avropada bu cür halların qeydə alınması o demək deyil ki, orada ağcaqanadlarla mübarizə aparılmır. Mübarizə tədbirləri görülür. Lakin bəzi ərazilərdə, xüsusilə sanitariya və gigiyena qaydalarına əməl olunmayan yerlərdə ağcaqanadların sayı arta bilər. Bu da infeksiyaların yayılması üçün əlverişli şərait yaradır”.

O qeyd edib ki, ona görə də belə hallarda ilk növbədə ağcaqanadların yaranmasının və çoxalmasının qarşısını almaq lazımdır:

“Əvvəllər bizdə də bu istiqamətdə müəyyən tədbirlər görülürdü. İndi isə dəqiq deyə bilmirəm, çünki gigiyena-epidemiologiya mərkəzlərinin zirzəmilərə və digər nəm yerlərə daxil olaraq dərmanlama işləri apardığını çox görmürük. Belə tədbirlər vaxtında həyata keçirilmədikdə ağcaqanadların sayı artır və onlar xəstəliklərin yayılmasına səbəb ola bilərlər. Ağcaqanad üçün sərhəd yoxdur. Ona görə də ilk növbədə onların çoxaldığı yerləri aradan qaldırmaq lazımdır. Mən həkim kimi müşahidə edirəm ki, durğun su olan ərazilərdə, həyətlərdə və bitki örtüyünün sıx olduğu yerlərdə müvafiq tədbirlər görüldükdə ağcaqanadların sayı azalır. Əksinə, zirzəmilərdə və digər uyğun şəraitdə ağcaqanadların çoxalmasına imkan yarandıqda onların sayı artır və müxtəlif xəstəliklərin yayılması riski yüksəlir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner