Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı

02.10.2026 13:08 285
30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı
30 il əvvəl qətl və başqa ittihamlarla ölüm cəzasına, sonradan ömürlük həbsə məhkum edilən İbrahim Qədirov azadlığa çıxmaq istəyir.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, 64 yaşlı məhkum bununla bağlı yerli məhkəməyə müraciət edib.

Ömürlük məhkum ərizəsində yazıb ki, 1997-ci ildə tanışı ilə birgə odlu silahdan istifadə etməklə bir nəfəri qətlə yetiriblər. 35 yaşından bu günə kimi cinayətinin cəzasını çəkir. Amma içəridə keçirdiyi 30 il ərzində tam islah olunub, cəmiyyət üçün heç bir təhlükə daşımır. Bundan əlavə artıq səhhətində də problemlər yaranıb. Bu səbəbdən ömürlük həbsinin müddətli cəza ilə əvəz olunmasını xahiş edir.

Məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsi də onun xeyrinə rəy verib. Rəydə qeyd olunub ki, məhkum 30 ildə daxili intizam qaydalarına əməl edib, törətdiyi cinayət əməlindən peşmanlıq keçirib.

Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi isə məhkumun ərizəsinin təmin edilməməsini, həbsinin davamına qərar verilməsini tələb edib.

Məhkəmənin qərarı da elə prokurorun tələbi ilə eyni olub. Hakim qərarı belə əsaslandırıb ki, məhkum o qədər ağır cinayət törədib ki, əvvəl onun barəsində ölüm hökmü çıxarılıb. Hazırda da onun tam islah olduğu qənaətinə gəlmək olmaz.

Bu əsasla İbrahimin müraciəti rədd edilib, ömür boyu həbsdə qalmasına dair qərar dəyişməyib.скачать dle 11.3
Mojo.az Banner