Mojo.az — elanlar
Son Xəbərlər
16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

2030-cu ildə dünyada yaşlı əhali sayca gəncləri üstələyəcək

17.04.2019 23:25 3 107
2030-cu ildə dünyada yaşlı əhali sayca gəncləri üstələyəcək
2030-cu ildə dünyada yaşlı əhalinin sayının 2015-ci ildəki 901 milyon nəfərdən 1,4 milyarda çatacağı gözlənilir. Bu göstərici ən sürətli templə inkişaf edən ölkələrdə artacaq. Əhalinin yaşlanması prosesi doğuşun azalması və müasir tibb elminin nailiyyətləri sayəsində ömrün uzanması ilə daha da güclənir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin əhalinin yaşlanması prosesini tədqiq edən işçi qrupunda bir çox ölkələrdən onlarla qeyri-hökumət təşkilatlarının nümayəndələri akkreditə olunublar. "Help Age" beynəlxalq təşkilatının ekspertləri gəlir səviyyəsi aşağı, orta və yüksək olan 23 ölkədə 539 yaşlı insan arasında sorğu keçiriblər. Suallar iki əsas mövzu - sosial müdafiə və sosial təminat məsələlərini əhatə edib. Bundan başqa, təhsil, bütün həyatı boyu potensialın artırılması problemləri də bu siyahıya daxil edilib.

Bir çox ölkələrdə hələ də hesab edirlər ki, ahıllıq yaşına çatmış valideynlərə baxmaq ailə üzvlərinin vəzifələrinə aiddir və sosial yardım paketinə daxil deyil. Məsələn, Avstraliyada bu sahədə ədalətsizlik var: təqaüd yaşı 65-67 olduğu halda, yerli aborigenlərin əksəriyyəti bundan 10 il az yaşayır. Bəzi ölkələrdə isə şirkətlər tamamilə qanuni əsasda vətəndaşlara səhiyyə sığortası və ya səyahət zamanı sağlamlıq sığortası məsələsində rədd cavabı verə bilərlər. Bir sıra hallarda isə diskriminasiya süni intellekt alqoritmində insanlara sığorta və digər sosial təminat məsələlərində mənfi cavab verməklə həyata keçirilir. Bəzi ölkələrdə təqaüd və sosial müavinətlər o qədər azdır ki, ahıl insanlar əziyyət çəkməli olurlar. Sorğunun nəticələri göstərib ki, onların bir çoxu olduqca yoxsul vəziyyətdə yaşayırlar.

Sorğunun nəticələrində inkişaf etmiş ölkələrdə də bu sahədə problemlərin olduğu göstərilib. Məsələn, Danimarkanın ahıl sakini bildirib ki, onun həmyaşıdları qocalar evinə gedənədək öz vəsaitlərini qənaətlə xərcləməyə çalışırlar. Onun sözlərinə görə, təqaüdün böyük hissəsi kommunal xidmətlərin ödənilməsinə sərf olunur.

İşçi qrupunun üzvləri xatırladırlar ki, bəşəriyyət ahıl insanlara cəmiyyətin sosial inkişafına töhfə verməyə qadir olan əhali qrupu kimi baxmalıdır. Bunun üçün onlara ictimai həyatda tamhüquqlu iştirak etmək imkanı verilməlidir.

Əhalinin yaşlanması prosesini tədqiq edən işçi qrupu 2010-cu ildə BMT Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq yaradılıb. Qrupun onuncu sessiyası aprelin 18-dək davam edəcək.

Son xəbərlər