Mojo.az Banner
16:28 Vüsal Şilderin qətli 1000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |     16:14 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ  |     16:13 Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı  |     15:51 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     15:50 Azərbaycanda yeni turizm məhsulları yaradılır  |     15:33 Rusiyada təhsil almaq istəyən azərbaycanlı tələbələrlə bağlı diqqətçəkən AÇIQLAMA  |     15:31 Manatın ucuzlaşması nələrə təsir edəcək? Dərmandan turizmə qədər...  |     15:28 Keçmiş sevgililər geri qayıda bilər, amma... – Astroloqdan XƏBƏRDARLIQ  |     15:25 Jurnalist Əvəz Zeynallı vəfat etdi  |     13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |    
Mojo.az Avto
Mojo.az Avto

Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı - "Nəticələri ləğv olunacaq"

09.04.2019 15:58 3 745
Buraxılış imtahanlarının sualları sosial şəbəkələrdə yayıldı -
Məlum olduğu kimi, aprelin 7-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. İmtahanla bağlı cəmiyyət tərəfindən birmənalı qarşılanmayan məqamlardan biri imtahandan sonra bəzi şagirdlərin sualları internetdə paylaşması olub.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı DİM-dən lent.az-a bildirildi ki, belə hallara yol verən şagirdlər barkodlar vasitəilə asanlıqla müəyyən edilir və onların imtahan nəticələri ləğv olunur: "Ona görə imtahanda iştirak edəcək şagirdlərə tövsiyəmiz odur ki, imtahan qaydalarına düzgün əməl etsinlər, əks-təqdirdə həmin şagirdlərin nəticələri ləğv olunacaq".

Təhsil üzrə ekspert Kamran Əsədov məsələ ilə bağlı lent.az-a açıqlama verib: "Təəssüflər olsun ki, imtahandan sonra sosial şəbəkələrdə imtahan bitdikdə sual kitabçası nəzarətçiyə təhvil verilməli olduğu halda, bəzi şagirdlərin internetdə imtahana düşən sualları paylaşma hallarının şahidi olduq. Bu, onu göstərir ki, imtahanların təşkili və təhlükəsizliyi yaxşı təşkil olunmayıb. İmtahan nəzarətçiləri, imtahan rəhbərləri vəzifələrinin öhdəsindən gələ bilməyiblər, səhlənkarlığa yol veriblər. Bilirsiz ki, imtahanlar bölgələr üzrə fərqli tarixlərdə keçirildiyindən sosial şəbəkələrdə yayılan bu cavablar və həll yolları hələ imtahan verməmiş hər hansı bölgə abituriyentinin, sadə dildə desək, işinə yarayır. Məsələn, Bakıda imtahan verən şagird sual kitabçasını hər hansı qeyri-qanuni yolla əldə edibsə, bunu sosial şəbəkədə paylaşaraq və ya sualları müəlliminə ötürərək növbəti günlər ərzində imtahan verəcək şagirdlərə "yardım" etməyə çalışır".

K.Əsədov onu da vurğulayıb ki, əslində sual kitabçasını çıxarmağa nail olan şagirdlər özlərinə ziyan vurmuş olurlar. "Belə ki, növbəti imtahan verəcək şagirdin nəticəsi ondan yüksək olacaq və yekunda sualları paylaşan şəxsdən çox bal toplayıb uğur qazanacaq".

Təhsil eksperti onu da deyib ki, bölgələr üzrə fərqli tarixlərdə keçirilən buraxılış imtahanlarında istifadə olunan suallar bir-birindən tamamilə fərqlidir. "Amma sualların quruluşu, test tapşırıqlarının tipi baxımında oxşarlıq ola bilər və olacaq. Bütün hallarda buraxılış imtahanlarından sual kitabçalarının çıxarılması qəti şəkildə qadağan olunduğu halda, bunun həyata keçirilməsi imtahanın təşkililindəki qüsurları göstərir. Buna görə şagirdləri cəzalandırmaq yerinə, imtahanı təşkil edənlər işlərinə daha ciddi, daha peşəkar yanaşmalıdırlar. Onların səhlənkarlığının, vəzifələrinin öhtəsindən gələ bilməməsinin cəzasını şagirdlər çəkməməlidirlər. Onlar boşluqdan istifadə ediblər və fəaliyyətlərindəki yarıtmazlığı göstəriblər".

K.Əsədov imtahanla bağlı vacib məqamı bir daha xatırladıb. Dediyinə görə, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq: "Ona görə də imtahanın birinci mərhələsi olduqca önəmlidir. Yəni, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal - 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər".


скачать dle 11.3
Mojo.az Banner