Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı | 14:33 Skuter sürənlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB

08.04.2019 20:22 2 348
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib - YENİLƏNİB
Azərbaycanın daha bir sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Median.Az
-ın report-a istinadən məlumatına görə, 70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev yarımfinalda Almaniya təmsilçisi Nikolae Koyokaruya qalib gəlib - 6:0.

O, finalda Mustafa Kaya (Türkiyə) - Maqomedmurad Hacıyev (Polşa) cütünün qalibi ilə güləşəcək. Daha əvvəl Hacı Əliyev (65) də finala yüksəlib.

Qeyd edək ki, sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79) da yarımfinal görüşünə çıxacaq.

***19:41

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultanı məğlub edib - 12:2. O, finalda türkiyəli Selahəttin Kılıcsallayanla qarşılaşacaq. Final görüşləri sabah keçiriləcək.

Qeyd edək ki, bu gün digər sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79) da yarımfinal görüşlərinə çıxacaqlar.

Son xəbərlər