Mojo.az Banner
13:51 Bu gün "Turan Tovuz" İstanbul nəhəngi ilə qarşılaşacaq  |     13:48 İlkin Namazov vəzifəsindən azad edildi  |     13:38 Zabratda küçələri su basdı: Hərəkət çətinləşdi - Video  |     13:37 Azərbaycan nefti ucuzlaşıb  |     13:32 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü  |     13:29 Ermənistan Azərbaycan hərbçisi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi  |     13:17 Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır  |     13:08 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

02.10.2021 19:43 1 656
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarmfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Deyvid Teylorla (ABŞ) üz-üzə gəlib.

Qarşılaşmadan məğlub ayrılan Abakarov sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycanın digər iki güləşçisi mübarizəni dayandırıb.

16:00

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək.

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.скачать dle 11.3
Mojo.az Banner