Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

Azərbaycanın üç güləşçisi Avropa çempionatında erməni rəqiblərini məğlub etdi - YENİLƏNİB

10.02.2020 18:35 1 770
Azərbaycanın üç güləşçisi Avropa çempionatında erməni rəqiblərini məğlub etdi - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.

130 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Ermənistan təmsilçisi Aik Mnatsakanyandan üstün olub.

O, erməni güləşçi üzərində 3:0 hesablı qələbə qazanaraq, 1/4 finala yüksəlib. Bu mərhələdə Sabah Şəriəti rumıniyalı Alin Aleksuk Kiurariu ilə qarşılaşıb. Güləşçimiz bu mərhələdə məğlub olub - 2:3.

Digər təmsilçimiz, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/4 final mərhələsində Ermənistan təmsilçisi Rudik Mkrtaçyanla görüşüb.

Görüş idmançımızın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb və E.Əzizli adını 1/2 finala yazdırıb.

Yarımfinal görüşündə güləşçimizin rəqibi Bolqarıstanı təmsil edən erməni əsilli Edmond Armen Nazaryan olacaq.

Təsnifat mərhələsində erməni idmançını məğlub edən, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov 1/8 finalda italiyalı Matteo Maffezzolidən üstün olub. Rəqibi üzərində 7:0 hesablı qələbə təmsilçimizi 1/4 finala yüksəldib.

Avropa çempionatında keçirdiyi ilk oyunda qələbə qazanan İslam Abbasov 1/8 final mərhələsini də qalibiyyətlə başa vurub. Bu mərhələdə güləşçimiz polşalı Arkadiuş Kuliniçdən üstün olub - 3:1.

1/4 mərhələdə təmsilçimizin rəqibi Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalam olacaq.

* * * * *

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında ilk görüşünü keçirib.


Bununla bağlı Güləş Federasiyasının saytında məlumat yayılıb.

Bildirilib ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Bolqarıstan təmsilçisi Aik Mnatsakanyanla üz-üzə gəlib.

Təsnifat mərhələsində erməniəsilli idmançını 6:3 hesabı ilə məğlub edən Süleymanov 1/8 finala yüksəlib.

Qeyd edək ki, digər yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk qarşılaşmasında Kiril Maskeviçə (Belarus) qalib gəlib. Bu gün Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) də mübarizəyə başlayacaq.скачать dle 11.3
Mojo.az Banner