Mojo.az — elanlar
Son Xəbərlər
13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerüstü çaylar Binəqədiyə axır… – Video

02.04.2019 14:07 1 969
Yerüstü çaylar Binəqədiyə axır… – Video
Bakıda yerüstü çaylar axan qəsəbə var. Həmin yer çox da uzaqda deyil, Binəqədi rayonunun eyni adlı qəsəbəsində…
Eşitdiyimiz zaman inanmasaq da, gedib gözlərimizlə gördük.


Qəsəbənin 3-cü mədən, 124-cü korpusda yaşayan məhəllə sakinləri “Qafqazinfo”ya müraciət edərək bu çayın yaranma tarixçəsini danışmaq istədiklərini bildirdilər.

Çayın mənbəyi yaşayış evləridir. 20 ilə yaxındır burada yaşayan qocaman Rüstəm Nəcəfov deyir ki, əslində əvvəl burada çay yox, göl olub. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti həmin gölü rayonun digər qəsəbələrinin zibili hesabına qurudub. İnsafən, göl tam qurudulmayıb, yerində fərqli su axını yaradılıb.

Göl olan vaxtlarda sakinlər kanalizasiya sularını ora axıdırmış, lakin indi onun yerində qalan kiçik çay qolları 2 minə yaxın evin tullantısına tab gətirə bilmir.

“Azərsu” ərazini su ilə təmin etsə də, o suyun keçdiyi müəyyən prosesdən sonra axıdılmasını nəzərə almayıb. Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri olmasa da, kanalizasiya pulu ödəyirlər. Nə vaxtsa bu xəttin olacağı ümidi ilə…

Ağbirçək Lida Spirina acizanə şəkildə kanalizasiya sualarının və zibil tullantılarının qoxusundan cana gəldiklərini, ən azından uşaqlara görə bu problemin həll edilməsini istədiklərini deyir.

Yağış yağanda kanalizasiya daşıb evlərə dolur, yağmayanda da zibilin iyi evlərə dolur. Bütün hallarda onlar bu bəladan heç cür xilas ola bilmirlər. Bu vətəndaşların evlərinin qarşısı Binəqədinin zibilxanasına çevrilib. İddiaya görə, müvafiq qurum “Təmiz şəhər”ə olan borcunu ödəyə bilmədiyi üçün digər ərazilərin zibillərini də gətirib bura tökür.

Sakinlərdən hər ay üçün 3-4 manat zibil pulu yığılsa da, zibil qutuları da quraşdırılmayıb. Sakin İsa Həsənov bildirir ki, hər bir şəxs evdən çıxanda zibil “kulyok”larını da götürüb özü ilə aparır, ərazidən təxminən 1 kilometr uzaqlıqda, harda zibil qutusu görsələr, ora atırlar.

Artıq illərdir zibil və kanalizasiya tullantıları ilə qoyun-qoyuna yaşayan sakinlərdə belə bir ümid var idi ki, nə vaxtsa bu yerdə park, poliklinika və məktəb salınacaq. Çünki bu vədi onlara keçmiş başçı Xaləddin İsgəndərov veribmiş. Lakin son günlər eşitdikləri bir xəbər onların ümidini puç edə bilər. Belə ki, artıq doldurulmuş gölün yerinin hissə-hissə bölünüb satışa çıxarıldığı deyilir. Bu da korpus sakinlərini narahat etməyə başlayıb.

Bu problemlərlə bağlı bir müddət öncə 51 sakin rəsmi qurumlara da müraciət ediblər, lakin hələ də onlara cavab verilməyib.

Son xəbərlər