Mojo.az Banner
17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |     16:50 Sergey Lavrov sabah Bakıya gəlir  |     16:45 Robert Koçaryan həbsdə qaldı  |     16:30 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər  |     16:28 Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq  |     16:27 Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi  |     15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |    
Mojo.az Avto
Mojo.az Avto

Millimizin baş məşqçisi: Bəhanə üçün yer yoxdur

15.02.2019 20:54 2 950
Millimizin baş məşqçisi: Bəhanə üçün yer yoxdur
Yunan-Roma güləşi üzrə yığmamız qarşıdakı yarışlara hazırlığı davam etdirir. Millimiz Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir.

Bir müddət öncə İranda “Təxti kuboku”nda, Türkiyədə Vəhbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayan komandamızın bir neçə üzvü fevralın 22-24-də Macarıstanın Dyor şəhərində keçiriləcək Qran Pridə mübarizə aparacaq.

Yığmamızın baş məşqçisi Şaban Donat geridə qalan yarışlar və gələcək planlarla bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib:

“Bu turnirlərə qatılmaqda əsas məqsəd nəticə qazanmaq yox, çatışmazlıqları görmək idi. Bu yarışlar üçün xüsusi hazırlıq görməmişdik. Əsas diqqətimizi böyük turnirlərə ayırmışıq.

Bununla belə “Təxti kuboku”nda Arif Niftullayevin (-97 kq) çıxışını fərqləndirə bilərəm. Ağır çəkilərdə rəqabətin yüksək səviyyədə olmadığını nəzərə alsaq, Arifin İranda yaxşı güləşməsi bizi sevindirdi. Önümüzdə 23 yaşadək güləşçilərin qitə birinciliyi var.

Ondan sonra isə böyüklərin Avropa çempionatı gəlir. Bu yarış bizim üçün çox vacibdir. Dünya çempionatından əvvəl sınaq xarakteri daşıyacaq. İyunda keçiriləcək II Avropa Oyunları da ilin ən önəmli yarışlarından biridir. Bu Oyunlarda da uğurlu çıxış etmək lazımdır. Astanada keçiriləcək mundialda isə Olimpiadaya maksimum sayda – altı lisenziya qazanmağa çalışacağıq.

Macarıstandakı turnir reytinq xarakterlidir. Bu yarışda uğur qazanmaq ona görə lazımdır ki, dünya və Avropa çempionatlarında püşkatma zamanı reytinqi yüksək olan güləşçilərlə ilk mərhələlərdə qarşılaşmırsan.

Sabah Şəriəti (-130 kq) bu il ilk yarışına Dyorda çıxacaq. Gələcəyinə ümid bəslədiyimiz güləşçilərdən İslam Abbasov (-87 kq) da bu yarışda çıxış edəcək. İstəyirik ki, çatışmayan tərəflərini görək və aradan qaldıraq. Daha bir gənc güləşçimiz Murad Məmmədova (-60 kq) da Macarıstanda şans verməyi düşünürük. Çalışmalıyıq ki, yığmada hər çəkidə 2-3 güclü güləşçi olsun. Çünki zədə və xəstəlikdən heç kim sığortalanmayıb. Macarıstandan qayıdandan sonra yeni hazırlıq sistemi tətbiq edəcəyik. Özbəkistan, Türkiyə, Gürcüstan və Ukrayna güləşçiləri ilə birgə toplanış gözlənilir.

Aşağı çəkilərdə rəqabət baxımından problem yoxdur. Azərbaycan idman ölkəsidir. Bu növlərin də başında güləş gəlir. Burda orta bir şey yoxdur, ya yaxşısan, ya da pis. Yaxşı olmaq məcburiyyətindəyik. Bəhanə üçün yer yoxdur”.скачать dle 11.3
Mojo.az Banner