Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır

30.01.2019 22:53 2 146
BMT: İnsan alveri qurbanlarının 30 faizi uşaqlardır
Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklərlə və Cinayətkarlıqla Mübarizə İdarəsinin yanvarın 29-da təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında təqdim etdiyi hesabata görə, 2018-ci ildə insan alveri qurbanlarının 30 faizi uşaqlar olub.

Median.az
AZƏRTAC-a istinadən bildirir ki, hesabatda Cənubi Amerika, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində, həmçinin Rusiyada insan alverinin genişləndiyi qeyd olunub. Yüz minlərlə insan, xüsusən qadın və uşaqlar insan qaçaqmalçılarının qurbanı olublar. Bu cinayətkarların qurbanlarının 70 faizi isə qadınlar və yetkinlik yaşına çatmayan qızlardır. Onlar seksual istismara və qul əməyinə məruz qalırlar. Belarus və Ukraynada insan qaçaqmalçılarının qurbanlarının 97 faizi dünyanın müxtəlif ölkələrində seksual istismara məruz qalan qadınlardır. İnsan qaçaqmalçılarının qurbanına çevrilən kişilər isə silahlı münaqişə zonalarında qanunsuz hərbi birləşmələrə cəlb olunurlar.

Hesabatda qeyd olunur ki, digər dəhşətli cinayət - "orqan alveri" də genişlənib. Belə ki, 25 ölkədən insan qaçaqmalçılarının oğurladıqları uşaqların daxili orqanlarının çıxarılması barədə 700 məlumat daxil olub. Böyrək və qara ciyər köçürülməsi əməliyyatlarının 10 faizi bu cinayətlərin qurbanlarının daxili orqanları hesabına həyata keçirilib.

Dünyanın 142 ölkəsindən daxil olan məlumatlar əsasında hazırlanan hesabatda insan alverinə qarşı mübarizə məsələləri də yer alıb. Vurğulanıb ki, son illər dünya ictimaiyyəti insan alverinin qarşısının alınmasına dair Protokolun müddəalarının yerinə yetirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirsələr də, bu problem bəşəriyyət üçün ən ağrılı məsələ olaraq qalır.

Son xəbərlər