Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Prokurorluq insan alveri ilə əlaqədar maarifləndirici videoçarx hazırlayıb - VİDEO

18.01.2021 15:04 3 057
Baş Prokurorluq insan alveri ilə əlaqədar maarifləndirici videoçarx hazırlayıb - VİDEO
İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən verilən məlumata görə, insan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir.

İnsan alverinə məruz qalanlar fahişəlik, məcburi əmək, orqanların çıxarılması üçün istismar edilir, yaxud insan alverinin meydana çıxan digər formalarına, o cümlədən mütəşəkkil şəkildə dilənçilik, müavinətlərlə dələduzluq, ev köləliyi və məcburi nikah kimi hallara cəlb olunurlar.

İnsan alveri dünyada bütün ölkələrdə baş verə bilən cinayətdir. O, həm milli, həm də transmilli xarakter daşıyır.

Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada insan alverindən gələn gəlir təxminən 32 milyard ABŞ dolları təşkil edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesablamasına görə hər il 1.2 milyon uşaq alverinin qurbanı olur.

Aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına müavinət ödənilir.
Insan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlarına, xüsusən qadın və uşaqlara yardım məqsədilə 152 “Qaynar xətt”i məlumat-məsləhət xidməti göstərir.

“Qaynar xətt” həftənin bütün günləri 24 saat ərzində yalnız respublika ərazisində ödənişsiz xidmət göstərir, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edir.скачать dle 11.3
Mojo.az Banner