Mojo.az Banner
20:42 Lənkəranda qazi vəfat etdi - Foto  |     20:35 İsrail Livanın cənubunda onlarla hədəfi vurdu  |     20:30 İsti havalarda qəfil ölüm riskini artıran vərdişlər - Xəbərdarlıq  |     20:23 Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb  |     20:18 Şirin meyvələr daha faydalıdır, yoxsa turş?  |     20:11 Yeni mövsümdə Azərbaycan klublarına nə qədər vəsait ayrılacaq? - MƏBLƏĞ  |     20:05 Stomatologiyada "kreditlə gülümsəmə" - Diş müalicələri niyə bahalaşır?  |     19:56 877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?  |     19:51 Bakıda tikinti şirkəti ilə sakinlər arasında narazılıq - Video  |     19:43 Bakıda çoxmərtəbəli parkinqlərin sayı niyə azdır? (Video)  |     19:37 Yeniyetmənin meyiti Quşçu kəndində tapıldı  |     19:29 Putin işğal olunmuş bölgələrlə bağlı Sərəncam imzaladı  |     19:24 "Reself Lite" reabilitasiya mərkəzində xəstə öldü  |     19:16 "Krokus" terrorçuları ilə əlbir olan Həsən saxlanıldı  |     19:10 Suriyadan Azərbaycana gətirilən 23 nəfərdən xəbər var  |     19:03 Ölümlərini gözləyirdilər, edam cəzaları ləğv olundu  |     18:57 Hindistanda hərbi təyyarə qəzası - Ölənlər var  |     18:52 Sabahın havası açıqlandı  |     18:45 Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)  |     18:40 Ermənistan Rusiya ilə dialoqa ümid edir  |    
Left Banner
Right Banner

Bakıda taksi sürücüləri arasında müştəriyə görə dava - özünü maşının qarşısına atdı (VİDEO)

14.09.2018 16:18 5 538
Bakıda taksi sürücüləri arasında müştəriyə görə dava - özünü maşının qarşısına atdı (VİDEO)
Qaradağ rayonu ərazisində taksi sürücləri müştəri üstündə sözün əsl mənasında mübarizə aparırlar. Onlar qeyd olunan ərazidə yer bölgüsü ediblər. Sürücülərdən biri digərinə ''bura mənim ərazimdir, sən buradan müştəri götürə bilməzsən'' deyir və maşının qarşısını kəsir.

Müştəri üstündə taksi sürücüləri arasında yaranan mübahisə az qala ölümlə nəticələnəcəkdi.

Sürücülərdən biri digərinə söyüş söydüyündən mübahisə daha da böyüyür.

Daha sonra isə həmin sürücü digər sürücünün maşının qarşısına uzanaraq onun hərəkətinə icazə vermir.

Avtomobildə olan sürücü ərazidən tezliklə uzaqlaşmağa çalışsa da bu mümkün olmur. Sürücülər arasında yaşanan bu ölüm-dirim mübarizəsi Qaradağ rayonu, Lökbatan qəsəbəsində, lökbatan dairəsi kimi tanınan ərazidə çəkilərək vatsap nömrəmizə göndərilib.

Məlumata görə, mübahisəyə "Mersedes" markalı avtomobilin sürücüsünün lökbatan dairəsindən şəhər istiqamətində gələn sərnişinləri götürməsi səbəb olub. Orada dayanan taksi sürücülərindən biri buna maneə olmağa çalışıb. Bildirib ki, həmin dairədən şəhər istiqamətində gələn müştəriləri ancaq orada daimi dayanan taksi sürücüləri götürə bilər.

"Mersedes"in sürücüsü buna məhəl qoymadığından mübahisə yaranıb. Digər sürücü isə özünü maşının altına atıb və onun hərəkətinə maneə olub.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, taksi sürücüsünün özünü maşının qarşısına atması və nəqliyyatın hərəkətinə maneə olması yol verilməzdir. Üstəlik həmin taksi sürücüsü ''bura mənim ərazimdir, buradan heç kim sərnişin götürə bilməz'' ifadəsini də işlədə bilməz. Ekspertin fikrincə aidiyyatı qrumlar bu məsələni araşdırmalı və həmin şəxsi inzibat məsuliyyətə cəlb etməlidir

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücülərin bu hərəkəti yaxşı hal hesab edilmir və cəmiyət arasında belə hərəkətlərin baş verməsi milli mentalitetimizə ziddir. İstənilən halda onların bu kobud hərəkəti polis tərəfindən araşdırılacaq və müvafiq tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner