Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Ulduz taksi" fırıldağı: müştəridən 2 qat pul aldılar

03.08.2019 17:17 6 235
Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə müştərilər arasında dəfələrlə ödəniş barədə problemlər yaranır. Ya operatorun müştəriyə göstərdiyi qiymətlə ünvana çatdıqda sürücünün tələb etdiyi məbləğ fərqli olur, ya da operatorlar eyni marşrut üzrə hər dəfə fərqli məbləğlərin ödənilməsini tələb edirlər.

Median.Az
musavat.com-a istinadən bildirir ki, bu cür problemlərdən biri də "Ulduz taksi" (*5000) ilə müştəri arasında yaşanıb.

Belə ki, müştəri Nardaran çirmərliyindən Sabunçu qəsəbəsinə taksi sifariş verib. Dəfələrlə eyni istiqamətdə ödəniş 7-8 manat civarında olub. Digər taksi xidmətlərində də bu məbləğ bir neçə qəpik fərqli olur.

Lakin bu dəfə "Ulduz taksi" müştəridən 7 manat 90 qəpik ödəniş əvəzinə 14 manat istəyib. Səbəbi taksi şirkəti izah edə bilmir.

Sürücü isə deyir ki, şirkətdən deyilən qiymət bu qədərdir. Taksi şirkəti müştəriyə taksi təyin olunması ilə bağlı göndərdiyi mesajda marşurut üzrə ödənməli olan məbləği göstərməyib.

Müştəri Nardaran çimərliyindən 5 nəfərlik taksi sifariş verib. 4 nəfər böyük, bir nəfər isə uşaq olduğu sifariş edilərkən operatora bildirilib.

Sifariş yerinə tutumu 4 nəfər olan "Mercedes" markalı, 90 EJ 212 dövlət nömrə nişanlı avtomobil göndərilib. Müştəridən uşağın arxa oturacaqda 3 nəfər sərnişinin yanında otura biləcəyi deyilib. Mənzil başına çatdıqda isə müştəridən 14 manat ödəniş tələb edilib. Müştəri isə məbləğin iki dəfə artıq olduğunu desə də sürücü bu qiyməti şirkətin müəyyən etdiyini deyib.

Daha sonra şirkətlə əlaqə saxlanılıb. Operator bu problemlə bağlı əvvəlcə bildirib ki, sifariş olunan taksi guya 5 nəfərlik olub. Halbuki 5 nəfərlik maşınlarda belə ödəniş bu qədər fərqlə olmur. Yəni, 2 dəfə baha...

Operatora sifariş yerinə göndərilən maşının 5 nəfərlik olmadığı deyildikdə cavab olaraq bildirib ki, sürücü 5 nəfəri götürə bilməz.

Yenidən operatora izah edilib ki, artıq mənzil başına çatılıb və sürücü qeyd edilən məbləği alıb. Operator isə izah edə bilmədiyini anlayıb və etiraf edib ki, sürücüyə 7 manat 90 qəpik pul ödənilməli imiş...

Operator bu problemi sürücü ilə danışaraq həll edəcəyini desə də bu vaxta qədər heç bir izah verilməyib.

Son xəbərlər