Mojo.az Banner
12:45 Mazasırda DƏHŞƏTLİ HADİSƏ: Kişi öldürüldü, arvadı tutuldu  |     11:47 Biləsuvarda DƏHŞƏT: Kişi arvadının bədənində siqaret söndürdü  |     11:40 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     11:34 Qapalı məkanlarda siqaret çəkənlər cərimələnə bilər – Hüquqşünas  |     11:31 Təmirə verdiyiniz əşya itərsə, nə etməlisiniz? – Hüquqşünas açıqladı  |     11:24 Paytaxtda investisiya üçün ən yaxşı ərazilər AÇIQLANDI  |     11:21 “By Ella” ləqəbli bloqer həbs edildi  |     11:16 Mirrəhim Nəbiyev vəzifəsindən azad edildi  |     22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Bakıda yeni dəmiryol şəbəkəsi yaradılır - 23 yeni stansiya tikiləcək - VİDEO

09.03.2018 12:40 3 725
Bakıda yeni dəmiryol şəbəkəsi yaradılır - 23 yeni stansiya tikiləcək - VİDEO
Bakıətrafı dəmiryol xəttinin çəkilməsi, əsaslı təmiri ilə bağlı 100 milyon manat vəsaitin ayrılması ilə qısa zamanda bu xəttin inşasına başlanılacağı planlaşdırılır.

Bununla da Bakının nəqliyyat sistemində bir sıra müsbət dəyişikliklər olacaq.

Bundan başqa, dəmiryol şəbəkəsinin keçdiyi ərazilərdə dövlət satınalması həyata keçiriləcək.

Prezident İlham Əliyevin Bakı şəhər ətrafı dəmiryol xəttinin inşası ilə bağlı sərəncamında Abşeron yarımadasında mövcud dəmiryolu xətlərinin yenidən qurulması və dəmiryolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bakı şəhər ətrafı dəmiryolu xətti Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçəcək. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu olub. Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq. Sabunçu stansiyasından başlayacaq işlər çərçivəsində 23 yeni dəmiryol stansiyasının inşa edilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
скачать dle 11.3
Mojo.az Banner