Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi | 12:39 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar | 12:38 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq | 12:35 Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasına başlanılacaq

30.08.2025 18:58 1 083
Naxçıvanın dəmir yolu infrastrukturunun bərpasına başlanılacaq
"Azərbaycan Dəmir Yolları" QSC yaxın vaxtlarda Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunun bərpası istiqamətdə işlərə başlayacaq.

Bunu səhmdar cəmiyyətinin sədrinin müavini Nicat Quliyev Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Qarabağla yanaşı Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir: "Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin 67 %-i yekunlaşıb. Hazırda xəttin 75-106 km-lik hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır. Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Körpülər, avtomobil keçidləri, tunellər, qalereyalar və istinad divarları daxil olmaqla, ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək".

O xatırladıb ki, Prezident İlham Əliyevin bu ay ABŞ-yə səfəri çərçivəsində Ermənistan ərazisindən keçməklə Naxçıvanla birbaşa əlaqəni təmin edəcək nəqliyyat xəttinin tikintisi barədə razılıq əldə edilib: "Zəngəzurdan keçəcək dəhlizinin yaradılmasını zəruriləşdirən bu tarixi uğur bizim işimizi stimullaşdırır. Horadiz-Ağbənd xəttinin tikintisini tezliklə tamamlanması və Ermənistan sərhədinə çatdırılması üçün böyük səylə çalışırıq".

N.Quliyev deyib ki, Türkiyədə də Naxçıvanla sərhəddə Zəngəzur dəhlizinə birləşəcək Qars-Iğdır-Aralıq-Dilucu dəmiryol xəttinin təməli qoyulub: "Bu baxımdan, Naxçıvanın dəmiryol infrastrukturunun bərpasını ölkəmizin ali rəhbərliyi prioritet məsələ elan edib və n qısa zamanda bu istiqamətdə işə başlamağı planlaşdırırıq".
//report

Son xəbərlər