Mojo.az — elanlar
Son Xəbərlər
12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgədəki yeni nəqliyyat əlaqələrinin XƏRİTƏSİ - FOTO

16.01.2021 21:09 1 728
Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgədəki yeni nəqliyyat əlaqələrinin XƏRİTƏSİ - FOTO
Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcək.

Bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc edilən materialda qeyd olunur.

Yazıda 11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması məsələsinə toxunulur və yeni nəqliyyat infrastrukturunun xəritəsi dərc edilib.

- Horadizdən Ordubada 166 km-lik yeni dəmiryolu. Onun 43 km hissəsi Ermənistandan keçəcək.

- Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryolu.

- Ağdamdan Xankəndiyə çəkiləcək yeni dəmiryolu xətti.

- Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti.

Son xəbərlər