Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Abşeron dairəvi dəmir yolu marşrutu genişlənir – Yeni dayanacaqlar istifadəyə veriləcək

30.07.2025 12:42 1 557
Abşeron dairəvi dəmir yolu marşrutu genişlənir – Yeni dayanacaqlar istifadəyə veriləcək
"Növbəti beş il ərzində Abşeron dairəvi dəmir yolu üzrə yeni xəttlərin istifadəyə verilməsi planlaşdırılır".

Bu barədə "ASAN radio"ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov məlumat verib.

Onun sözlərinə görə, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramına əsasən, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Yeni Suraxanı-Hövsan dəmir yolu xətlərinin bərpası, həmçinin həmin marşrutlar üzrə yerləşən dayanacaqların istifadəyə verilməsi nəzərdə tutulur.

Son xəbərlər