Mojo.az Banner
15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

08.10.2026 13:38 117
Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb
Azərbaycan hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriyadan ölkəmizə gətirilən daha 13 vətəndaşımız (altı qadın, yeddi uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda, sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.

Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.

Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı sosial reabilitasiya tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner