Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"

08.10.2026 14:50 216
Berdiməhəmmədov:
"Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşü birgə irəliləyiş üçün əsas siyasi və praktiki bazanı formalaşdırır".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünü bağlayarkən bəyan edib.

Onun sözlərinə görə, bu format sürətləndirilmiş iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır, həmçinin humanitar əməkdaşlığın ardıcıllığını təmin edir.

Berdiməhəmmədov qeyd edib ki, Avazadakı iclаs qeyd olunan prosesə yaradıcı və konstruktiv istiqamətlər verib.

"Dövlət başçılarının səsləndirdiyi təkliflər, ideyalar və təşəbbüslər son dərəcə konkret xarakter daşıyır, perspektivlərimizin real qiymətləndirilməsinə əsaslanır, güclü məcmu potensialdan maksimum istifadəyə yönəlib. Görüş qardaş dövlətlərin başçıları arasında ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etibarı, xalqlarımızın inkişafı, tərəqqisi və firavanlığı naminə birgə işləmə bacarığını, həm regional, həm də qlobal səviyyədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etməyi təsdiqlədi", - Berdiməhəmmədov deyib.

Türkmənistan prezidenti qeyd edib ki, məşvərət görüşlərinin altıtərəfli formatı bu məqsədlərə nail olmaq üçün yeni imkanlar açır.

"Bugünkü müzakirələrin nəticələri bunu tam aydınlığı ilə göstərdi", - o əlavə edib.скачать dle 11.3
Mojo.az Banner