Mojo.az Banner
15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz

08.10.2026 11:36 147
Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz
Azərbaycanda məsafədən verilən istehlak kreditləri ilə bağlı yeni qaydaların tətbiqi kredit götürən şəxslərin maliyyə təhlükəsizliyinin artırılmasına yönəlib. Yeni tələblərə əsasən, vətəndaşlar məsafədən istehlak krediti götürülməsinə və ya mövcud kredit limitinin artırılmasına əvvəlcədən məhdudiyyət qoya biləcəklər. Eyni zamanda, müəyyən məbləğdən yuxarı kredit vəsaitlərinin dərhal təqdim edilməməsi nəzərdə tutulur. Bu dəyişikliklərin həm bankların kreditləşmə siyasətinə, həm də vətəndaşların borclanma davranışına təsir göstərəcəyi gözlənilir.

Yeni qaydalar məsafədən kredit götürən vətəndaşların maliyyə risklərinin azaldılmasına və düşünülməmiş borclanmanın qarşısının alınmasına nə dərəcədə təsir göstərə bilər? Eyni zamanda, kredit vəsaitinin 2 saat və ya 24 saat gecikmə ilə təqdim olunması bankların kreditləşmə prosesinə və müştərilərin davranışına necə təsir edəcək?

Tanınmış bank eksperti Emin Kərimov Median.Az-a açıqlamasında bildirib ki, Bu dəyişikliklərin bankların kreditləşmə siyasətinə və vətəndaşların borclanma davranışına təsirinə gəldikdə, burada əsas yanaşma risklərin minimuma endirilməsidir:

“Söhbət xüsusilə şəxslərin aldadılması, şəxsi məlumatlarının oğurlanması və bunun nəticəsində onların xəbəri olmadan borclanması kimi halların qarşısının alınmasından gedir. Onlayn kreditləşmədə mövcud olan müəyyən boşluqların yaratdığı risklərin aradan qaldırılması da əsas məqsədlərdən biridir. Təbii ki, yeni yanaşma nəticəsində şəxs onlayn kreditə müraciət etdikdə onu əvvəlki kimi qısa müddət ərzində əldə etməyə bilər. Bu isə müəyyən qədər müştəri narazılığı yarada bilər. Lakin digər tərəfdən, təhlükəsizliyi və risklərin minimuma endirilməsini nəzərə aldıqda, bunun müştəri yönümlü addım olduğunu da görmək mümkündür. Əgər müştəri krediti bu gün deyil, sabah əldə edirsə, lakin kreditin rəsmiləşdirilməsi və vəsaitin hesabına köçürülməsi daha təhlükəsiz şəkildə həyata keçirilirsə, bu, daha etibarlı yanaşmadır. Bir tərəfdən, kredit müraciətinin sürətli şəkildə icra olunması müəyyən risklərin yaranmasına səbəb ola bilər. Məsələn, şəxsin kart məlumatlarının və ya digər şəxsi məlumatlarının ələ keçirilməsi nəticəsində dələduzluq halları baş verə bilər. Digər tərəfdən isə bankın məlumatları daha ətraflı yoxlaması, kreditin köçürüləcəyi hesab və ya kart məlumatlarını dəqiqləşdirməsi risklərin minimuma endirilməsinə imkan verir”.

O qeyd edib ki, kreditin təqdim edilməsində müəyyən vaxt çərçivəsinin tətbiq olunması həm müştəri davranışından, həm də bazarın tələbindən irəli gələn zərurətdir:

“Banklar üçün əsas məsələ yalnız kredit məhsulunu təqdim etmək deyil, bunu mümkün qədər təhlükəsiz şəkildə həyata keçirməkdir. Sürət baxımından bir qədər gec təqdim olunan kredit müəyyən narazılıq yarada bilər. Lakin risklər baxımından daha effektiv və qorunan kreditləşmə mexanizmi həm bank, həm də müştəri üçün daha faydalıdır. Bu səbəbdən kredit götürən şəxslər də bu məqama xüsusi diqqət yetirməlidirlər. Onların şəxsi məlumatlarının qorunması və kreditin etibarlı şəkildə rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu yanaşma həm müştəri məmnuniyyətinin qorunmasına, həm də vətəndaşların mümkün risklərdən müdafiəsinə xidmət edən tənzimləyici mexanizmdir. Müştəri kreditə müraciət edərkən onun nə zaman təqdim olunacağını nəzərə almalıdır. Əgər kredit bu gün və ya sabah lazımdırsa, müraciət zamanı bu vaxt amilini nəzərə almaq və daha uyğun kreditləşmə kanalından istifadə etmək lazımdır. Burada əsas məqsəd kreditlərin təhlükəsiz şəkildə verilməsi və onların müştəriyə çatdırılma kanallarının tam təhlükəsiz işləməsini təmin etməkdir. Şəxsin kreditə ehtiyacı varsa, o, banka həm filial vasitəsilə, həm də onlayn kanallardan istifadə etməklə müraciət edə bilər. Filiala müraciət zamanı müəyyən növbə və vaxt itkisi ilə qarşılaşmaq mümkündür”. 

Sonda ekspert deyib ki, onlayn kreditləşmə isə müştərilərə daha rahat və sürətli xidmət göstərmək məqsədi daşıyır:
“Lakin burada da təhlükəsizlik əsas götürüldüyündən, müəyyən vaxt itkisini nəzərə almaq lazımdır. Yəni müştəri onlayn qaydada kredit əldə etmək istəyirsə, müraciətin müəyyən müddət ərzində emal olunacağını nəzərə almalıdır. Bu vaxt itkisi təhlükəsizliyin təmin edilməsi, risklərin azaldılması və minimuma endirilməsi baxımından tənzimləyici tələblərdən irəli gəlir. Burada əsas məqsədlərdən biri müştəri məlumatlarının qorunması və müştəri məmnuniyyətinin təmin edilməsidir. Eyni zamanda, bu yanaşma bankların həm onlayn kreditləşmə məhsullarında, həm də digər kredit məhsullarında yarana biləcək risklərin və nüfuz itkisinin qarşısının alınmasına xidmət edir. Onlayn kreditlərin təqdim edilməsində müəyyən gecikmələrin olması onların daha təhlükəsiz və etibarlı şəkildə rəsmiləşdirilməsinə imkan yaradır”.

Ayselскачать dle 11.3
Mojo.az Banner