Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaş həddi artırılır – 70 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

26.08.2026 11:52 483
Yaş həddi artırılır – 70 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ
Azərbaycanda pensiya yaşını keçmiş şəxslərə kredit verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. İddialara görə, bəzi banklar artıq 70 yaşdan yuxarı, hətta 73 yaşa qədər olan vətəndaşlara da müəyyən şərtlərlə kredit təqdim edir. Bu isə xüsusilə pensiyaçıların kredit imkanları və bankların tətbiq etdiyi yaş məhdudiyyətləri ilə bağlı suallar yaradıb. Bəs yaşlı şəxslərin kredit götürməsi hansı şərtlərlə mümkündür? Banklar bu zaman hansı riskləri və təminat mexanizmlərini nəzərə alır?

Tanınmış bank eksperti Emin Kərimov Median.Az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda bəzi banklar tərəfindən 73 yaşa qədər şəxslərə kredit verilməsi praktikası tətbiq olunur:

“Hazırda bəzi banklar müəyyən şərtlər daxilində 73 yaşa qədər olan vətəndaşlara kredit təqdim edirlər. Belə hallarda bəzən nə zamin, nə də həyat sığortası tələb olunur. Bunun əsas səbəblərindən biri həmin şəxsin pensiyasını məhz kredit götürdüyü bank vasitəsilə almasıdır. Bu zaman kredit üzrə aylıq ödənişlər birbaşa pensiya kartından tutulur. Ümumilikdə, vətəndaşın pensiya aldığı bankdan kredit götürməsi normal yanaşmadır. Bununla belə risklərin daha yaxşı idarə olunması üçün əlavə təminat mexanizmlərinin tətbiqi məqsədəuyğun olardı. Məsələn, həyat sığortası və ya ən azı bir zaminin olması vacib hesab edilə bilər. Çünki orta ömür uzunluğu nəzərə alındıqda, 70-75 yaşdan yuxarı şəxslərə kredit verilməsi zamanı bankların üzləşdiyi risklər artır. Burada söhbət hər hansı şəxsin ölüm ehtimalını əvvəlcədən nəzərdə tutmaqdan getmir. Sadəcə, maliyyə risklərinin düzgün qiymətləndirilməsi və idarə olunması zəruridir. Kiçik məbləğli həyat sığortasının və ya digər təminat vasitələrinin tətbiqi kreditlərin daha təhlükəsiz şəkildə verilməsinə imkan yarada bilər. Bu, həm bankların risklərini minimuma endirər, həm də kreditləşmənin daha sabit və davamlı aparılmasına şərait yaradar”.

Ekspertin sözlərinə görə, belə bir yanaşma banklar üçün əlavə gəlir imkanları da yarada bilər:

“Bu kreditlərdən yararlanan şəxslər əldə etdikləri vəsait hesabına ailə üzvlərinə və yaxınlarına da müəyyən maliyyə dəstəyi göstərə bilərlər. Əgər bu model istehlak kreditləri sahəsində özünü doğruldarsa və səmərəli nəticələr verərsə, gələcəkdə digər kredit növlərinə də tətbiq oluna bilər. Məsələn, ipoteka kreditləri üzrə mövcud yaş həddinin artırılması məsələsi də gündəmə gələ bilər. Hazırda ipoteka kreditlərində yaş həddi, əsasən, 65 yaşa qədər müəyyən edilir. Ancaq uyğun sığorta mexanizmləri tətbiq olunarsa, bu həddin 75 yaşa qədər artırılması mümkündür. Kredit müddətinin uzadılması aylıq ödənişlərin aşağı düşməsinə səbəb ola bilər ki, bu da borcalanlar üçün daha əlverişli şərtlər yaradar. Eyni zamanda, kredit limitlərinin artırılması məsələsinə də baxıla bilər. Məsələn, 150 min manatlıq limitin 200 min manata çatdırılması vətəndaşların daha geniş maliyyə imkanlarından istifadə etməsinə şərait yarada bilər. Ümumilikdə, bu yanaşma ilkin mərhələdə pilot layihə kimi sınaqdan keçirilə bilər. Əldə olunan nəticələr müsbət olarsa, sonrakı mərhələdə digər kredit növlərinə də şamil edilə bilər. Bu isə maliyyə sektorunda daha çevik və vətəndaşlar üçün əlçatan kredit siyasətinin formalaşmasına imkan verə bilər”.

Aysel

Son xəbərlər