Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Sentyabrın 1-dən suya görə ödəniş: cibimizə necə təsir edəcək?

26.08.2026 11:31 1 737
Sentyabrın 1-dən suya görə ödəniş: cibimizə necə təsir edəcək?
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib.
Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.Bəs bu tariflər istehlakçılara, sahibkarlara və su qiymətlərinə necə təsir göstərəcək?

Yeraltı sudan istifadəyə görə ödənişin Xəzərdən götürülən sudan dəfələrlə baha olması nə ilə bağlıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu tariflərin əsas təsiri suyun son istehlakçı üçün qiymətindən çox, suyu istehsal prosesində xammal və ya resurs kimi istifadə edən sahibkarlıq subyektlərinə olacaq.

İqtisadçının sözlərinə görə, xüsusilə böyük həcmdə su götürən sənaye müəssisələri, kənd təsərrüfatı və digər kommersiya fəaliyyəti ilə məşğul olanlar üçün əlavə xərc yaranacaq. Lakin tariflərin səviyyəsi nəzərə alındıqda, bunun bütün sahələrdə su qiymətlərində kəskin artım yaratması gözlənilmir.

"Müəssisələr əlavə xərcin bir hissəsini məhsulun maya dəyərinə və nəticədə satış qiymətinə ötürə bilər, amma təsirin miqyası istifadə olunan suyun həcmi və müəssisənin ümumi xərclərində suyun payından asılı olacaq", — deyə Akif Nəsirli əlavə edib.

Sədrin fikrincə, əhali üçün isə birbaşa təsirin məhdud olması gözlənilir. Çünki söhbət əsasən xüsusi məqsədlərlə su obyektlərindən götürülən sudan və tullantı sularının su obyektlərinə axıdılmasına görə ödənişdən gedir. Bununla belə, suyu intensiv istifadə edən müəssisələr əlavə xərcini məhsul və xidmətlərin qiymətinə daxil edərsə, dolayı təsir yarana bilər.

"Yeraltı sudan istifadənin tarifinin Xəzər dənizi və çay-göllərlə müqayisədə dəfələrlə yüksək müəyyənləşdirilməsinin əsas səbəbi yeraltı su ehtiyatlarının daha həssas və məhdud resurs olmasıdır. Yeraltı suların həddindən artıq götürülməsi onların səviyyəsinin aşağı düşməsinə, ehtiyatların tükənməsinə, bəzi ərazilərdə torpağın və ekosistemin vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Buna görə yüksək tarif müəssisələri daha ucuz alternativlərə yönəltməklə yanaşı, yeraltı sudan israfçılığın qarşısını alan iqtisadi mexanizm rolunu oynayır", — deyə iqtisadçı qeyd edib.



Akif Nəsirli sonda vurğulayıb ki, burada tariflər arasında fərqin böyük olması həm də suyun əldə edilmə və bərpa xüsusiyyətləri ilə bağlıdır. Xəzər dənizi çox böyük su hövzəsi olduğu üçün oradan götürülən suya görə tarif aşağı müəyyənləşdirilib. Yeraltı su isə təbii şəkildə bərpası daha uzun vaxt tələb edən strateji ehtiyat hesab olunur. Ona görə 100 kubmetr üçün 40 manatlıq ödəniş daha çox bu resursun qorunmasına və səmərəli istifadəsinə yönəlmiş tənzimləyici mexanizm kimi qiymətləndirilə bilər.
Tullantı sularına görə ödənişlərin tətbiqi də müəssisələri çirkab suların təmizlənməsinə və su obyektlərinə atılan tullantıların həcminin azaldılmasına təşviq edə bilər. Yəni qərarın əsas məqsədi yalnız büdcəyə əlavə gəlir toplamaq deyil, həm də su ehtiyatlarından daha qənaətli istifadəni və ekoloji məsuliyyəti artırmaqdır.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər