Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Kimlər daha tez pensiyaya çıxa bilər? – Açıqlama

26.08.2026 11:58 537
Kimlər daha tez pensiyaya çıxa bilər? – Açıqlama
Azərbaycanda iyul ayından etibarən qadınlar və kişilər üçün pensiya yaşı eyni həddə çatdırılıb. Bununla da yaşa görə əmək pensiyasına çıxışla bağlı tətbiq olunan mərhələli dəyişiklik prosesi başa çatıb. Bununla yanaşı, qanunvericilik müəyyən kateqoriyadan olan şəxslər üçün daha erkən pensiyaya çıxmaq hüququnu da nəzərdə tutur. Bəzi peşələrdə iş şəraiti və əmək yükü nəzərə alınaraq güzəştli pensiya hüququnun əhatə dairəsinin genişləndirilməsi məsələsi də vaxtaşırı müzakirə olunur. Bəs hazırda hansı şəxslər daha tez pensiyaya çıxa bilirlər və güzəştli pensiya hüququ verilən kateqoriyaların siyahısını genişləşdirmək mümkündürmü?

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Median.Az-a açıqlama verib.

O qeyd edib ki, iyulun 1-dən etibarən Azərbaycanda qadınlar üçün də pensiya yaşı 65-ə çatdırılıb və bununla da qadınlarla kişilər üçün ümumi pensiya yaşı bərabərləşib:

“Bununla belə, qanunvericilik bəzi kateqoriyalara aid şəxslərə güzəştli şərtlərlə daha tez pensiyaya çıxmaq imkanı verir. Hazırda beş və daha çox uşağı olan, yaxud əlilliyi olan uşağı səkkiz yaşınadək böyütmüş valideynlər, valideyn himayəsindən məhrum uşaqları övladlığa götürmüş və ya qəyyumluğa qəbul etmiş şəxslər müəyyən şərtlərlə pensiyaya beş il tez çıxa bilirlər. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan peşələrdə çalışanlar, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyəti, eləcə də qanunvericilikdə nəzərdə tutulan bəzi incəsənət sahələrinin nümayəndələri üçün də güzəştli pensiya hüququ mövcuddur. Bundan başqa, hipofiz nanizmi və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün pensiya yaşı ümumi yaş həddindən 20 il azaldılır”.

Onun sözlərinə görə, bu siyahının genişləndirilməsi isə yalnız qanunvericiliyə dəyişiklik edilməklə mümkündür:
“Əmək şəraiti ağır olan digər peşələrin, uzun illər yüksək fiziki və psixoloji yüklə çalışan tibb, təhsil, xilasedici və sosial xidmət sahələrinin əməkdaşlarının, həmçinin xüsusi qayğı tələb edən ailə üzvlərinə uzunmüddətli qulluq edən şəxslərin də güzəştli pensiya hüququna daxil edilməsi müzakirə oluna bilər. Bununla yanaşı, belə dəyişikliklər qəbul edilərkən dövlətin pensiya sisteminin maliyyə dayanıqlılığı da nəzərə alınmalıdır”.

Aysel

Son xəbərlər