Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Qlobal bazarlarda NEFT UCUZLAŞIR

26.08.2026 11:24 162
Qlobal bazarlarda NEFT UCUZLAŞIR
Qlobal bazarlarda neftin qiymətlərində eniş tendensiyası qeydə alınmaqda davam edir. Bu ucuzlaşma prosesi bilavasitə Hörmüz boğazının yenidən açılması istiqamətində müşahidə olunan müsbət irəliləyişlərlə əlaqədardır.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.87 dollar (2.11%) azalaraq bir barel üçün 86.71 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent" 3.59 dollar (3.89%) ucuzlaşaraq bir barel üçün 88.58 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) oktyabr ayında çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1.77 dollar (2.15%) ucuzlaşaraq bir barel üçün 80.59 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 2.65 dollar (3.12%) azalaraq bir bareli 82.36 dollara satılmışdı.скачать dle 11.3
Mojo.az Banner