Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni dərs ili ailə büdcəsini nə qədər çətinləşdirəcək?

26.08.2026 11:38 459
Yeni dərs ili ailə büdcəsini nə qədər çətinləşdirəcək?
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu dövr valideynlər üçün həm hazırlıq, həm də əlavə xərclərin artdığı vaxtdır. Məktəbli geyimləri, çanta, dəftərxana ləvazimatları, dərslik və digər zəruri vasitələrin alınması ailə büdcəsinə əlavə yük yaradır. Xüsusilə bir neçə övladı məktəbə gedən ailələrin xərcləri daha da artır. Hazırlıq kursları və repetitor xidmətləri də valideynlərin büdcəsində ayrıca xərc maddəsinə çevrilir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Median.Az-a açıqlamasında deyib ki, yeni tədris ili ərəfəsində ailələrin xərclərində ciddi artım müşahidə olunur:

“Məktəbli geyimi, ayaqqabı, çanta, dəftərxana ləvazimatları və digər zəruri vasitələrin alınması xüsusilə bir neçə uşağı məktəbə gedən ailələr üçün əhəmiyyətli maliyyə yükü yaradır. Bu xərclərə hazırlıq kursları və repetitor xidmətləri də əlavə olunanda tədris ili üçün ilkin büdcə daha da böyüyür. Burada əsas problem odur ki, bu xərclərin böyük hissəsi eyni vaxtda həyata keçirilir. Valideynlər bir neçə ay ərzində mərhələli şəkildə deyil, əsasən avqust-sentyabr aylarında böyük məbləğ ödəməli olurlar. Bu isə ailələrin digər gündəlik xərclərini azaltmasına, bəzi hallarda isə kredit və borcdan istifadə etməsinə səbəb ola bilər. Ona gorə də ailə büdcəsi tərtib etmək vacib məsələlərdən biridir. Ailə büdcısi illik hədəfli yığıma malik olmalıdır ki, bu cür gözlənilən xərcləri rahatlıqla qarşılaya bilsin”.

O qeyd edib ki, xüsusilə repetitor və hazırlıq kurslarının qiymətləri ailə büdcəsinə daha uzunmüddətli təsir göstərir:

“Məktəb ləvazimatları üçün xərc bir dəfə çəkilirsə, hazırlıq xidmətlərinə ödənişlər aybaay davam edir. Buna görə orta gəlirli ailələr üçün təhsil xərcləri artıq yalnız mövsümi deyil, ailə büdcəsinin daimi xərc maddəsinə çevrilir. Digər tərəfdən, valideynlərin daha keyfiyyətli geyim, çanta və məktəb ləvazimatlarına üstünlük verməsi qiymətləri artırır. Bir neçə uşağı olan ailələrdə isə eyni məhsulların bir neçə dəfə alınması ümumi yükü daha da ağırlaşdırır. Bütün bunlar göstərir ki, yeni tədris ili ailələr üçün yalnız təhsil baxımından deyil, həm də maliyyə baxımından ciddi hazırlıq dövrüdür. Ailələr xərcləri əvvəlcədən planlaşdırmalı, mümkün qədər alış-verişi mərhələli aparmalı və əsas ehtiyaclarla əlavə xərcləri bir-birindən ayırmalıdırlar. Dövlət və məktəblər tərəfindən müəyyən sosial dəstək mexanizmlərinin genişləndirilməsi də xüsusilə çoxuşaqlı və aztəminatlı ailələrin üzərindəki yükün azaldılmasına kömək edə bilər”.

Aysel

Son xəbərlər