Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideynlər DİQQƏT! Məktəbli forması alarkən bu məqama fikir verin

15.08.2026 14:35 888
Valideynlər DİQQƏT! Məktəbli forması alarkən bu məqama fikir verin
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda valideynlərin məktəb hazırlığı ilə bağlı xərcləri də gündəmə gəlir. Məktəbli formalarının qiymətləri açıqlanıb. Bakı Tikiş Evinin məlumatına görə, ötən tədris ili üçün müəyyənləşdirilən endirimli qiymətlər bu il də dəyişdirilməyib. Beləliklə, qısaqol köynək 12, uzunqol köynək 14, şalvar və ətək 15, nazik jaket 20, kapüşonlu jaket 25, qalın jaket isə 22 manata təklif olunur. Böyük ölçülü formaların qiymətinə isə əlavə parça sərfiyyatına görə 5 manat əlavə edilir.

Sizcə, məktəbli formalarının qiymətləri ailələrin gəlirlərinə uyğun hesab olunurmu?

Nəyə görə məktəb sezonu başlayanda qiymət baha, ilin ortasında ucuz olur?

Məktəbli forması bazarında qiymət artımının qarşısını almaq üçün dövlət hansı addımları ata bilər?
Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhsil üzrə ekspert Əmrah Həsənli deyib:

"Məncə burada əsas məsələ yalnız “qiymət bahadır, ya ucuzdur” yanaşması deyil. Bakı Tikiş Evinin açıqladığı qiymətlər ötənilki endirimli tariflərlə eyni saxlanılıb, lakin bazarda eyni məhsulların daha yüksək qiymətlərlə təklif edildiyi satış nöqtələri də var".

Əmrah Həsənlinin sözlərinə görə, məktəbli formalarının qiymətlərinə ailələrin gəlirləri baxımından yanaşanda demək lazımdır ki, burada vahid qiymətləndirmə aparmaq çətindir. Bakı Tikiş Evinin açıqladığı 12-25 manat aralığındakı qiymətlər ayrı-ayrı məhsullar üzrə nisbətən münasib görünə bilər. Lakin valideyn bir şagird üçün bir neçə köynək, şalvar və ya ətək, jaket almağa məcbur olduqda ümumi məbləğ artıq ailə büdcəsi üçün ciddi xərcə çevrilir.

Mütəxəssis qeyd edib ki, xüsusilə bir ailədə iki-üç məktəbli varsa, bu yük daha da artır.
Məktəb mövsümünün əvvəlində qiymətlərin daha yüksək hiss olunmasının əsas səbəbi tələb və təklif məsələsidir. Tədris ili başlamazdan əvvəl bütün valideynlər eyni vaxtda alış-veriş edir və tələbat kəskin artır. Bu da bazarda qiymətlərin yüksəlməsi üçün şərait yaradır. İl ərzində isə tələb nisbətən azalır, satıcıların stokda qalan məhsulları satmaq marağı artır və endirimlər daha çox tətbiq olunur. Yəni burada təkcə məktəbli formasına deyil, ümumilikdə mövsümi bazar davranışına baxmaq lazımdır.

Əmrah Həsənli hesab edir ki, dövlətin əsas məqsədi qiyməti inzibati qaydada müəyyənləşdirmək yox, valideyn üçün alternativ və əlçatan seçim yaratmaq olmalıdır. Bunun üçün məktəbli formalarının istehsalında rəqabətin artırılması, keyfiyyət standartlarının qorunması, qiymətlərin şəffaf şəkildə müqayisə edilə biləcəyi mexanizmlərin yaradılması və xüsusilə çoxuşaqlı və sosial həssas ailələr üçün əlavə güzəştlərin tətbiqi məqsədəuyğun olar.
Ən vacib məqama toxunan ekspert bildirib:

"Məktəbli forması sosial baxımdan zəruri məhsuldur. Ona görə də tədris ilinin başlanğıcında yaranan kəskin tələbatdan istifadə edərək qiymətlərin süni şəkildə artırılmasının qarşısı alınmalıdır. Dövlət bazarı sıxışdırmaqla deyil, rəqabət, nəzarət və sosial dəstək mexanizmləri ilə bunu təmin edə bilər".

O, sonda vurğulayıb:

"Eyni zamanda valideynlərə də tövsiyəm odur ki, məktəb bazarlığını son günlərə saxlamasınlar. Çünki bütün alış-verişi sentyabrın ilk günlərinə toplamaq həm büdcəyə, həm də seçim imkanlarına əlavə təzyiq yaradır".


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner