Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu

05.09.2025 23:01 531
Bakıda məktəb-liseylərin formaları bahalaşdı - Şalvar 39 manat oldu
Bakıda məktəbli formalarının satışını həyata keçirən "Ela” Məktəbli Formaları qiymətləri qaldırıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət Elm və Təhsil Nazirliyinə məxsus məktəb-liseylərin, həmçinin bəzi ümumtəhsil məktəblərinin formalarını satır. Son dəyişikliklərlə qiymətlərdə 10–30 faiz artım qeydə alınıb.

Məsələn, Arif İsmayıl oğlu Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin şagirdləri üçün şalvarın qiyməti ötən il 29 manat olduğu halda, hazırda 39 manat təşkil edir. Jaket 39 manatdan 43 manata, uzunqol köynək 28 manatdan 29 manata, qısaqol köynək isə 27 manatdan 28 manata qalxıb.

Qeyd edək ki, "Ela” Məktəbli Formaları mağazası Bakıda yalnız bir ünvanda – Mərdanov qardaşları küçəsi 41-47-də fəaliyyət göstərir. Bu səbəbdən paytaxtın müxtəlif rayonlarında yaşayan valideynlər məhz həmin ünvana üz tutmaq məcburiyyətində qalır ki, bu da narazılıqlara yol açır.

Şirkət vergi uçotunda 02.09.2022-ci il tarixindən "Ela VİP” MMC adı ilə qeydiyyatdadır. Onun qanuni təmsilçisi Hallac Vedat Fikri göstərilir. Bir neçə gün əvvəl isə MMC-yə əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi ölkədə məktəbli formalarının qiymətində artım olmadığını bəyan edib.скачать dle 11.3
Mojo.az Banner