Mojo.az Banner
17:51 Bakı və Abşeronda bir neçə ünvanda işığın verilişində fasilə yaranıb - ŞİKAYƏT  |     17:25 "ChatGPT"nin fəaliyyətində nasazlıq yarandı  |     17:23 Azərbaycanda qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi artırılacaq?  |     17:18 Gürcüstanda enerji böhranı: Bakı-Tbilisi qatarı da yolda qaldı  |     17:07 "Real Madrid"in əsas transfer hədəfi bəlli oldu  |     16:26 "Space" TV ilə bağlı qarşılıqlı bəyanatlar: Bank hesablarına həbs qoyulması nədən qaynaqlanır?  |     16:20 Bakıda daxili iməcilik keçirilib  |     16:12 Ermənistan ilə Rusiya arasında PENDİR BÖHRANI  |     16:09 Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA  |     15:58 Azərbaycanda futbol klubu 400 min manata SATILDI  |     15:22 Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM  |     15:15 Formula-1-ə FHN-nin 400 nəfərə yaxın şəxsi heyəti cəlb olunub  |     15:10 "Real"ın 100 milyon avroluq təklifi rədd edildi  |     15:02 Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - Video  |     15:01 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunub  |     14:56 Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanıldı  |     14:51 "Əl-Hilal" 64 milyon avroluq transfer etdi  |     14:43 Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatıb  |     14:38 Ukraynada hərbçiləri partlatmağa çalışan qız saxlanıldı  |     14:30 Gəncədə universitet əməkdaşı VƏFAT ETDİ  |    
Left Banner
Right Banner

Məktəbli formaları ilə bağlı xəbərdarlıq edildi

27.08.2024 21:27 945
Məktəbli formaları ilə bağlı xəbərdarlıq edildi
Bakı Tikiş Evi (BTE) bazarda saxta məktəbli formalarının satılması ilə bağlı xəbərdarlıq edib.

BTE-nin şöbə müdiri Etibar Əzimov İqtisadiyyat.az-a bildirib ki, bəzi yerlərdə saxta məktəbli formalarının satışı həyata keçirilir.

Onun sözlərinə görə, həmin satışı həyata keçirənlər valideynləri aldatmaqla məşğuldurlar.

Şöbə müdiri söyləyib ki, həmin paltarlar bir dəfə yuyulduqdan sonra əski parçasına çevrilir.

"5 manata köynək olar? Nazirlər Kabinetinin qərarında əks olunub ki, polo köynəklər 100 faiz pambıqdan ibarət olmalıdır. 100 faiz pambıqdan ibarət olan köynək 5 manata necə satıla bilər? Bu, onun heç tikiş pulu eləmir. Bundan əlavə, şalvar və ətəklər 60 faiz yundan, 40 faiz poliesterdən olmalıdır. Bu materialdan ibarət olan şalvar və ətək heç vaxt 11-12-13 manata satıla bilməz. Bu, mümkün deyil. Bu, insanları aldatmaq deməkdir. Məlumdur ki, həmin mallar saxtadır və saxta paltarlar uşaqların bədənində fəsadlar törədə bilər. İnsanları bu cür aldatmaq olmaz”.

E.Əzimov həmçinin vurğulayıb ki, BTE-nin satış mərkəzlərində satılan mallara bir il zəmanət verilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formaları dörd rəngdə nəzərdə tutulub. Şalvar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%), köynəklər pambıq iplik tərkibli parçadan (100% pambıq), jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Qeyd edək ki, Azərbaycanda məktəbli formaları 20 faiz ucuzlaşıb. Şalvar və ətəklər 25 manatdan 20 manata, köynəklər 15 manatdan 12 manata endirilib. Jaketin qiymətində isə dəyişiklik edilməyib. Buna səbəb jaketin Türkiyədən idxal olunmasıdır. Odur ki, jaketlərin qiyməti 30 manat olaraq qalır.скачать dle 11.3
Mojo.az Banner