Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

100 mindən çox məktəbli geyimi satışa çıxarılıb

22.08.2025 14:55 438
100 mindən çox məktəbli geyimi satışa çıxarılıb
Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından, valideynlər övladlarının məktəbə hazırlığı üçün artıq alış-verişə başlayıblar. Bu baxımdan məktəbli geyimlərinə olan tələbatın da artdığı müşahidə edilir.

Hazırda Bakı Tikiş Evi tərəfindən təxminən 100 min ədəd məktəbli forması istehsal olunub və tələbata uyğun olaraq əlavə istehsal da planlaşdırılır.

Median.Az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Tikiş Evindən məlumat verilib.

Mərkəzin şöbə müdiri Etibar Əzimov bildirib ki, məktəbli formalarının əsas üstünlüklərindən biri onların təbii parçalardan hazırlanmasıdır:

"Bütün köynəklər 100 faiz pambıqdan, digər geyimlər isə 60 faiz yun və 40 faiz polyester qarışığından tikilir.

Formalar Bakı Tikiş Evinin satış mərkəzlərində təqdim olunur və hər birinə 1 il zəmanət verilir. Hazırda 7 satış mərkəzimiz fəaliyyət göstərir”.

E.Əzimov onu da qeyd edib ki, məktəbli formalarının nə qədər istehsal olunub satışa çıxarıldığına dair dəqiq statistika payız aylarında - mövsüm yekunlaşdıqdan sonra müəyyənləşəcək.

Xatırladaq ki, iyul ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarına endirimli qiymətlər tətbiq edilib. Uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur.скачать dle 11.3

Son xəbərlər