Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəbli formalarının qiyməti açıqlandı

17.08.2019 17:11 3 278
Məktəbli formalarının qiyməti açıqlandı
Vahid məktəbli formaları 40-46 manata təklif edilir.

Bu barədə oxu.az-a Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov məlumat verib.

O bildirib ki, 2010-cu ildən vahid məktəbli formalarının istehsalı Bakı Tikiş Evinə həvalə edilib:

"Ümumiyyətlə, bu gün orta ümumtəhsil müəssisələrində 1-6-cı siniflər üçün ayrı model, 7-11-ci siniflər üçün isə ayrı model məktəbli forması mövcuddur. Aşağı siniflər üçün vahid formanın qiyməti 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır.

Qanunla 100 manatdan aşağı satılan məhsulun keyfiyyətinə zəmanət verilməsə də , biz məhsullarımıza ən azı bir il zəmanət veririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizə əmtəə sertifikatı verib. Bizim məktəbli formalarımız kifayət qədər keyfiyyətlidir. İstifadə etdiyimiz materiallar Türkiyədən gətirilir və keyfiyyətinə cavabdehik".

E.Əzimov vahid məktəbli formalarından şikayət edən valideynlərə müraciət edib:

"Vahid məktəbli formalarımızın modellərini oğurlayan "işbazlar" zirzəmi şəraitində fəaliyyət göstərən sexlərdə geyim istehsal edir. Üzərinə Bakı Tikiş Evinin etiketlərini vuraraq saxta geyimləri müxtəlif yollarla satışa çıxarır. Bununla mübarizə aparırıq. Geyimləri beş manat daha ucuz sataraq qazanc əldə edirlər.

O geyimlər, təbii ki, keyfiyyətsiz olacaq və uşaqlar üçün də təhlükəlidir. Geyimlərin orijinal olduğunu yoxlamaq üçün sertifikat tələb etsinlər. Vağzaldan, Bakı Tikiş Evinə aid olmayan müxtəlif satış məntəqələrindən geyimlər almasınlar".скачать dle 11.3

Son xəbərlər