Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm

23.10.2026 19:42 183
Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalının maliyyələşdirilməsi ilə bağlı yeni hüquqi mexanizmin tətbiqi nəzərdə tutulur. Bunun üçün fermerlərə və kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə edən digər şəxslərə elektron formada məhsul şəhadətnaməsi buraxmaq imkanı veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni – “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, məhsul şəhadətnaməsi – məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürəcək.

Mülkiyyətində, istifadəsində və ya icarəsində kənd təsərrüfatı təyinatlı torpaqlar olan şəxslər əkinçilik sahəsində məhsul şəhadətnaməsi buraxa bilərlər.

Əgər kənd təsərrüfatı təyinatlı torpaqlar iki və daha çox şəxsin ümumi mülkiyyətində, istifadəsində və ya icarəsindədirsə, onlar məhsul şəhadətnaməsini birgə buraxır və məhsul şəhadətnaməsi ilə bağlı öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıyacaqlar.

Məhsul şəhadətnaməsi üzrə öhdəlik icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə təminata Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq tutma yönəldilə bilər.

Əgər məhsul şəhadətnaməsinin təminatının satışından götürülən məbləğ məhsul şəhadətnaməsinin mülkiyyətçisinin tələbini ödəmək üçün yetərli deyildirsə və tərəflərin razılaşmasına əsasən başqa qayda nəzərdə tutulmamışdırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi çatışmayan məbləği

Mülki Məcəllə və “İcra haqqında” Qanuna uyğun olaraq borclunun başqa əşyasından almaq hüququna malik olacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
//unikal.az

Son xəbərlər