Azərbaycanda fermerlər üçün yeni maliyyə aləti tətbiq ediləcək
"Fermerlərin maliyyə əlçatanlığı və ya maliyyə vəsaitlərini əldə etməsindəki çətinliklər mütəmadi olaraq davam edir və biz yeni üsullar fikirləşməliyik. Fermerlərin bir növ vəsaitlə, yəni dövriyyə vəsaiti ilə təmin edilməsi üçün müxtəlif üsullar ola bilər. Bu da Kənd Təsərrüfatı Nazirliyini bu sahədə tədqiqatlar aparmağa vadar etdi".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni hazırlanan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ötən dövr ərzində Prezidentin fərmanı ilə bu istiqamətdə başqa bir addım da atılmışdı: "Belə ki, fermerlərə verilən kredit vəsaitlərinin faizlərinin dövlət tərəfindən qarşılanması və təsərrüfat ilinin sonunda geri ödənilməsi ilə bağlı bir imkan yaradılmışdı. Bu da bu il ərzində baş vermişdi. Bildiyiniz kimi, çox vaxt kreditlərin geri ödənilməsi ilə təsərrüfat ili anlayışının üst-üstə düşməməsi fermerlərin əsas problemlərindən biridir. Çünki dövriyyə vəsaiti fermerə təsərrüfat ilinin əvvəlində lazımdır və təsərrüfat dövründə həmin vəsaitdən istifadə edilir. Amma geri ödəniş fermer tərəfindən çox vaxt məhsul əldə edildikdən və məhsulun satışı həyata keçirildikdən sonra mümkün olur. Bu isə ümumi kreditlərin geri ödənilməsi prosesi ilə üst-üstə düşmürdü və fermerlər üçün çətinlik yaradırdı. Beynəlxalq təşkilatlarla və digər ölkələrin təcrübəsi ilə tanış olduqda məhsul şəhadətnaməsi və bunun tətbiqini həyata keçirən ölkələrin təcrübəsini də araşdırdıq. Bu layihə də bunun nəticəsində ortaya çıxmış oldu. Paket üç qarşılıqlı bağlı sənəddən ibarətdir. Mülki Məcəlləyə, “İcra haqqında” Qanuna dəyişikliklər və “Məhsul şəhadətnaməsi haqqında” yeni qanunun qəbul edilməsi. Sənədlərin hamısının eyni anda qüvvəyə minməsi planlaşdırılıb. Bu yeni alət də üç sənədin birgə fəaliyyəti şəklində ortaya çıxmış olacaq.
Zərurəti biraz əvvəl qeyd etdim, amma bir daha səsləndirmək istəyirəm ki, istehsal dövrünə başlamamışdan əvvəl toxum, gübrə, yem kimi resurslar üçün vəsaitə ehtiyac yaranır. Layihə bu ehtiyacı ödəmək üçün aqrar sahədə yeni maliyyə alətini, qiymətli kağızı və ilk dəfə kənd təsərrüfatı sahəsində qiymətli kağızı – məhsul şəhadətnaməsini gətirir. Hansı ölkələrin təcrübəsinə baxmışıq deyə soruşsaq, Rusiya, Ukrayna, Qazaxıstan və Braziliyanın müvafiq təcrübələri araşdırılıb".//unikal.az