Mojo.az Banner
15:54 "Son zəng" bu il neçə nəfər üçün səslənəcək?  |     15:43 Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü  |     15:36 Dünya Çempionatına iki gün qalmış Meksikada 59 partlayıcı qurğu tapıldı  |     15:20 Ermənistan Ədliyyə Nazirliyi: Yeni konstitusiyanın mətni dərcə hazır deyil  |     14:41 Dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     14:31 Azərbaycanda əhalinin gəlirləri artdı  |     14:30 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı  |     14:27 Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK  |     14:26 Yevlaxda körpə ölü doğulub  |     13:18 "Neftçi" üç futbolçu ilə müqavilə bağlayır - Transferlər gözlənilir  |     13:18 Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq  |     13:16 Keçmiş MTN zabiti öldü - FOTO  |     13:15 Azov dənizində öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi  |     13:14 Bakıda evdən 50 yaşlı qadının meyiti tapıldı  |     13:13 Yol polisindən "Son zəng"lə bağlı "Rent car"lara MÜRACİƏT  |     13:12 Qardaşı arvadını 74 bıçaq zərbəsi ilə öldürən şəxs: "Mərhum atamı söydü, əsəbiləşdim"  |     13:12 Messi zədəsindən sonra ilk dəfə meydana çıxdı  |     13:11 Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR  |     13:10 Azərbaycan nefti ucuzlaşıb  |     13:09 Arazda batan 11-ci sinif şagirdinin meyiti tapılıb  |    
Left Banner
Right Banner

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

10.06.2026 14:27 180
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq edəcək.

Əsas məqsəd kredit faizlərinin dövlət tərəfindən qarşılanması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir.

Aqrar Subsidiya Şurasının qərarı ilə banklar tərəfindən fermerlərə ayrılacaq əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin dövlət büdcəsi hesabına maliyyələşdirilən hissəsi 19 faizədək müəyyən edilib.

Bu kreditlər çəltik, qarğıdalı, darı, sorqo, digər dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.), həmçinin günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, eləcə də texniki bitkilər - pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə veriləcək.

Yeni mexanizmin əsas üstünlüyü ondan ibarətdir ki, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrələrin, biohumusun, sertifikatlı toxumların və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə məqsədi ilə götürülən və müddəti bir ili keçməyən kreditlər üzrə hesablanan faizlər Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən qarşılanacaq. Fermerlər müddətin sonunda kreditin yalnız əsas məbləğini banka geri ödəyəcəklər.

Subsidiya vəsaitlərinə ən çox əkin mövsümünün əvvəlində ehtiyac yaranır. Subsidiya ödənişləri isə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan dövrü bitdikdən və yoxlama prosesi başa çatdıqdan sonra həyata keçirilir. Məhz bu məqam nəzərə alınaraq, fermerlərə əkin mövsümündə ehtiyacları olan vəsaiti daha tez əldə etmələri üçün faizləri dövlət tərəfindən ödənilən kreditlərdən faydalanma imkanı yaradılıb. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.

Qeyd edək ki, fermerlər tərəfindən götürülən kreditlərin faizləri Azərbaycan Respublikası Prezidentinin 5 mart 2026-cı il tarixli "Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərmanına əsasən, dövlət büdcəsi hesabına AKİA tərəfindən maliyyələşdiriləcək.скачать dle 11.3
Mojo.az Banner