Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət məktəblərində avtobus xidməti yaradıla bilər? – AÇIQLAMA

26.08.2026 11:27 669
Dövlət məktəblərində avtobus xidməti yaradıla bilər? – AÇIQLAMA
Bakıda tıxac probleminin xüsusilə səhər və axşam saatlarında daha da kəskinləşməsi gündəlik hərəkəti çətinləşdirir. Yeni dərs ilinin başlanması ilə şagirdlərin məktəblərə aparılıb-gətirilməsi üçün yollara çıxan avtomobillərin sayının artması da nəqliyyat sıxlığına təsir edən amillərdən biridir. Bu baxımdan məktəb avtobuslarının təşkili həm şagirdlərin təhlükəsiz daşınması, həm də şəhər yollarındakı avtomobil yükünün azaldılması baxımından müzakirə olunur. Bakıda tıxacların çoxluğunu nəzərə alaraq məktəb avtobusları sisteminin tətbiqi nə dərəcədə effektiv ola bilər?

Bununla bağlı nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Median.Az-a açıqlamasında deyib ki, bu mövzu zaman-zaman müzakirə olunur:

“Ötən illərdə pilot layihə kimi belə daşınmalar da həyata keçirilmişdi. Amma bu növ daşınmalarda iki səfər həyata keçirildiyindən xidmət daha baha başa gəlir və qiymətlərin yüksək olması ilə bağlı narazılıqlar yaranmışdı. Yəni bunu gün ərzində böyük sərnişin axınına malik olan müntəzəm sərnişindaşıma ilə səhv salmaq olmaz. Bu halda şagird evdən məktəbə aparılır, dərs başa çatdıqdan sonra isə yenidən evə gətirilir. Daşınmalar məhdud sayda həyata keçirildiyindən qiymətin də yüksək olması qaçılmazdır. Burada ən optimal variant şagirdin yaşadığı əraziyə yaxın məktəbdə təhsil almasıdır. Əgər məqsəd başqa məktəbdə oxumaqdırsa, həmin məktəbə yaxın ərazidə yaşamaq imkanının nəzərdən keçirilməsi daha məntiqli ola bilər”.

O bildirib ki, bu, həm tıxacların azalmasına, həm də məktəbə piyada məsafədə gedib-gəlmək imkanının yaranmasına şərait yaradar:
“Bu mövzu zaman-zaman yenidən gündəmə gəlir. Ola bilər ki, gələcəkdə hər hansı pilot layihələr də həyata keçirilsin. Amma belə bir layihənin nə dərəcədə dayanıqlı olacağı böyük sual altındadır. Çünki söhbət şəhərin mərkəzində yerləşən bir neçə məktəbə məhdud sayda şagirdin daşınmasından gedir. Bu isə kütləvi və davamlı sərnişindaşıma modeli deyil. Bəzi özəl məktəblərdə bu cür daşınmalar artıq təşkil olunur. Həmin məktəblərdə təhsil ödənişli əsaslarla həyata keçirildiyindən nəqliyyat xidməti də ayrıca təşkil edilir. Amma dövlət məktəblərində belə bir xidmət əlavə xərc tələb edir. Dediyim kimi, illər əvvəl bu növ daşınmalar həyata keçiriləndə də xidmətin baha olması ilə bağlı vətəndaşların narazılığı müşahidə olunurdu”.

Aysel

Son xəbərlər