Mojo.az Banner
12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto

08.10.2026 11:23 99
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto
Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, idarənin "Astara" gömrük postunun idxal nəzarət xəttində İrandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmet aşkar edilməsə də, sürücünün davranışları gömrük əməkdaşlarında şübhə yaradıb.

Bununla əlaqədar sürücünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun belinə korset vasitəsilə bağlanmış 3 ədəd bağlamadan ümumilikdə 3000 ədəd həbdən ibarət külli miqdarda narkotik vasitə - metadon aşkar edilib.

Bundan əlavə, gömrük nəzarəti tədbirləri zamanı sürücünün gömrük postunun ərazisinə atdığı 2 ədəd bağlamaya da baxış keçirilib.

Baxış zamanı həmin bağlamalardan xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 2 kiloqram 950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner