Mojo.az Banner
20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |     19:52 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib - Foto  |     19:41 Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu  |     19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama

08.10.2026 11:12 270
Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama
"Nazirlik olaraq bizim də stereotipimiz var idi ki, işəgötürənlər cəzaçəkən və yaxud cəza çəkmiş şəxslərin işə qəbuluna ehtiyatla yanaşırlar".

Bunu ədliyyə naziri Fərid Əhmədov "Report" və İTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, 500 işəgötürən arasında rəy sorğusu apardıqdan sonra bu stereotipin müəyyən dərəcədə əsassız olduğu qənaəti əldə olunub.

"Təbii ki, bu, şəxsin törətdiyi cinayətdən asılı olaraq və işləmək istədiyi vəzifədən asılı olaraq dəyişə bilər. Məsələn, ehtiyatsızlıqdan törədilən cinayətlərə münasibətdə işəgötürənin yanaşması daha dözümlüdür və daha az ehtiyatlanır. Amma daha ağır cinayətlər törətmiş şəxslərə münasibətdə onların davranışları təbii ki, daha ehtiyatlıdır", - deyə nazir bildirib.

Fərid Əhmədov bu stereotipin aradan qaldırılması üçün özəl tərəfdaşları cəzaçəkmə müəssisələrinə cəlb etdiklərini qeyd edib:

"Məhkumlarla birlikdə təlim və təcrübə prosesində iştirak etməklə, onlarla yaxından tanış olmaqla işəgötürənlərdə bu ehtiyatların, stereotip və stiqmaların aradan qaldırılmasına nail olacağımıza inanırıq. Bununla bağlı artıq müsbət təcrübələrimiz də var".скачать dle 11.3
Mojo.az Banner