Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı

07.10.2026 23:01 153
Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı
Bu ay Bakının Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, həmçinin Xətai rayonunun mərkəzə yaxın ərazilərində daşınmaz əmlakın qiymətində artım gözlənilir.

Median.Az
xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu rayonlarda infrastrukturun yenilənməsi, söküntü işlərinin aparılması və əhalinin daha çox cəmləşməsi qiymət artımını şərtləndirən əsas amillərdəndir. Yeni ailələrin yaranması və dərs ilinin başlaması da bazarda alıcı və kirayəçi tələbinə təsir göstərir.

"Yeni tikintilərin maya dəyərinin artması, torpaq sahələrinin məhdudluğu və daşınmaz əmlakın investisiya cəlbediciliyini qoruması il ərzində qiymətlərin davamlı yüksəlməsinə şərait yaradır. Payız aylarında alıcı və kirayəçi tələbinin artması da satış qiymətlərinə təsir edir", - deyə V.Oruc bildirib.

AQC sədri qeyd edib ki, oktyabrda, eləcə də noyabr və dekabr aylarında bahalaşmanın ilk növbədə torpaq sahələrində müşahidə olunacağı proqnozlaşdırılır. Torpaq təklifinin məhdudluğu bu əmlak növündə qiymət artımının digər əmlak növləri ilə müqayisədə daha yüksək olmasına səbəb ola bilər.

Onun sözlərinə görə, tikinti xərclərinin yüksəlməsi təməl mərhələsində olan binalardakı mənzillərin qiymətlərinə də təsir göstərəcək. Yeni tikililərdə isə tələbin artması əlavə bahalaşma amili kimi çıxış edir.

"Köhnə binaların sökülməsi, qəzalı vəziyyətdə olması və istismar müddətini başa vurması vətəndaşların yeni binalara üstünlük verməsinə gətirib çıxarır. Daha çox müraciət olunan istiqamət kimi yeni tikililərdə mənzillərin qiymətinin artacağı gözlənilir", - deyə o vurğulayıb.

V.Oruc fərdi yaşayış evlərində də bahalaşma gözlənildiyini bildirib. O, bunu həmin evlərin qiymətini formalaşdıran hər iki komponentin - torpağın və tikintinin dəyərinin artması ilə əlaqələndirib.

Ekspert kənd təsərrüfatı torpaqlarına da diqqət çəkərək, torpaqların konsolidasiyası ilə bağlı qərardan sonra böyük torpaq sahələrinin qiymətində ciddi artım gözlədiyini deyib.

Ucuzlaşma ehtimalına gəlincə, AQC sədrinin sözlərinə görə, daşınmaz əmlak bazarında hər hansı istiqamət üzrə kəskin qiymət enməsi proqnozlaşdırılmır. Bununla belə, qeyri-yaşayış sahələrində qiymət artımının daha zəif olacağı və qiymətlərin sabitliyə meyil göstərəcəyi gözlənilir.

O bildirib ki, bəzi obyektlərin bağlanması və biznes kreditləri üzrə faizlərin yüksək olması kommersiya sahələrinə tələbi müəyyən qədər azalda bilər.

"Bu amillər oktyabr, noyabr və dekabr aylarında qeyri-yaşayış sahələrinin qiymət artımını məhdudlaşdıra bilər. Bəzi hallarda bazara təklif olunan obyektlərin icarə qiymətlərində 5-7 faizlik güzəştlərin edilməsi də mümkündür", - deyə V.Oruc əlavə edib.скачать dle 11.3
Mojo.az Banner