Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda mənzillərin qiyməti iyunda 16 % artıb

25.07.2025 21:47 810
Bakıda mənzillərin qiyməti iyunda 16 % artıb
Bu ilin iyun ayında Bakıda mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çox artıb.

Bu barədə “Report”a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, son 1 ildə paytaxtda fərdi yaşayış evləri 13,4 %, torpaq sahələri 15,4 %, qeyri-yaşayış obyektləri isə 12,5 % bahalaşıb.

V.Oruc qiymət artımını bir sıra daxili və xarici amillərlə izah edib: "Əvvəla, Rusiya-Ukrayna müharibəsindən sonra inşaat materiallarının qiymətinin artması bazarda ümumi tikintinin maya dəyərini yüksəltdi. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiqləndikdən sonra normativlərin sərtləşməsi və əlavə tikinti icazələrinin məhdudlaşdırılması da təklifin azalmasına səbəb oldu. Bundan başqa, daşınmaz əmlak alqı-satqısında nağdsız hesablaşmalara keçid və ƏDV-nin tətbiqi qiymətlərə birbaşa təsir edir”.

Ekspert əlavə edib ki, inflyasiya və manatın alıcılıq qabiliyyətinin zəifləməsi, iqtisadi artım, ərzaq və yanacaq qiymətlərində artım, eləcə də söküntü prosesləri nəticəsində alternativ mənzilə tələbatın artması qiymətlərin yüksəlməsinə yol açıb: "Bundan başqa, daşınmaz əmlakın sərfəli investisiya aləti kimi cəlbediciliyi, əhalinin artması ilə tələbatın yüksəlməsi, torpaq sahələrinin azalması, dövlətin ipoteka və sosial mənzil proqramları, eləcə də süni qiymət manipulyasiyaları hazırkı vəziyyətdə mühüm rol oynayıb”.

V.Oruc hesab edir ki, bu tendensiyanın yaxın aylarda da davam etməsi mümkündür.

Son xəbərlər